Türkiyənin mətbuat nümayəndələri Mətbuat Şurasında olmuşlar

 

Türkiyənin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murad Karakayanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın

1-də Mətbuat Şurasında (MŞ) olmuşdur.

Şuranın sədri Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrdən söhbət açmış, qurumun fəaliyyəti barədə məlumat vermişdir. Türkiyə mediasının Qərb mətbuatının mühüm tərkib hissəsi olduğunu deyən sədr ölkələrimizin jurnalistlərinin təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır.

Nümayəndə heyətinin rəhbəri Murad Karakaya müxtəlif sahələrdə birgə uğurlu nəticələr əldə edən ölkələrimizin mətbuat sahəsində də əməkdaşlığının sistemli xarakter almasının vacibliyini qeyd etmişdir.

Media sahəsində əlaqələrin mövcud durumuna toxunan M.Karakaya qarşılıqlı təcrübə mübadiləsinin əməkdaşlığın inkişafında əhəmiyyətindən danışmış, bu istiqamətdə görülən işlərə yaxından dəstək göstərəcəklərini qeyd etmişdir.

Azərbaycan və Türkiyənin media sahəsində əlaqələrinin inkişafındakı xidmətlərinə görə Murad Karakayaya şuranın xüsusi diplomu təqdim edilmişdir.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 dekabr.- S. 5.