Bir-birindən mühüm obyektlər inşa edilir
Ağstafa ölkəmizin ən gənc rayonlarındandır. İyirmi yaşı
bu yaxınlarda tamam olub. Ulu öndər
Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin qayğısı
və köməyi sayəsində rayonda kənd təsərrüfatı
ilə yanaşı, sənaye sahələri də sürətlə inkişaf edir.
Regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramına uyğun olaraq rayonda altı ay ərzində tikiş fabriki inşa edildi, ən müasir avadanlıq quruldu, neçə-neçə adam işlə təmin olundu. Bu, qərb bölgəsi
üçün əlamətdar
hadisə sayılır.
Açılışına dövlət başçısı
İlham Əliyev xeyir-dua verib.
Digər mühüm obyektlərdən
biri Poylu qəsəbəsində inşa
olunur. Dörd hektar sahədə
yerli məhsullardan yüksək vitaminli - zülallı yem və müxtəlif növ spirt istehsal ediləcək.
İnşaat işlərini "Riyad" şirkəti görür. Obyekt
tam işə düşəndə
burada 30 min ton taxıl,
16 min ton qarğıdalı,
11 min ton günəbaxan və
2500 ton yonca emal ediləcək.
İnşasına bir neçə il
bundan əvvəl başlanılıb. Göz işlədikcə
nəhəng qurğular
ucalır. İlkin
mərhələdə yüksək
keyfiyyətli spirt,
"tullantılardan" isə
mal-qara üçün
vitaminli yem istehsal olunacaqdır.
Avadanlığın çoxu xaricdən gətirilir. Nəhəng spirtçəkmə qurğusu artıq hazırdır. Ukraynadan alınan
avadanlıq kiyevli ustalar tərəfindən
quraşdırılıb. İndi qazanxanada və yemdoğrama qurğusunda qızğın
iş gedir. Qərb bölgəsinə
səfəri zamanı
ölkə başçısı
İlham Əliyev zavodun inşası ilə
Poyluda müxtəlif tərkibli
mineral sular çoxdur. Çeşmələrdən biri haqqında
söhbətgedən zavodun
ərazisində çağlayır.
"Həyat mənbəyi" adlanır.
Deyirlər ki, bu
Prezident İlham Əliyev Ağstafaya səfəri zamanı zavodda olarkən həmin suyun dadına baxıb və onun genişmiqyaslı satışının təşkilinin
vacibliyini vurğulayıb. Dövlət başçısının bu
tövsiyəsinə əsasən,
müasir quruluşlu
sex tikilib, müvafiq avadanlıq quraşdırılıb.
Su satışının təşkili üçün
"Ford" markalı avtomobillər
alınıb. Poylunun "həyat
mənbəyi" hələlik
Ağstafadan başqa Qazax, Tovuz və
Zaqatala rayonlarında,
habelə Bakıda satılır.
Burada limonad istehsalı üçün də hazırlıq işləri
aparılır. Sexin binasında inşaat
işləri başa çatıb. Müəyyən avadanlığın alınması
üçün
Zavodda spirt istehsalının təşkili
üçün də
müəyyən hazırlıq
işləri görülüb.
Müvafiq istehsal sahələrinin,
sexlərin tikintisi başa çatıb.
Bəzi avadanlıq və qurğular quraşdırılıb.
Xammal və hazır məhsul üçün
anbarlar tikilib. Poyluda "Lüks-ekstra"
spirtinin və digər məhsulların istehsalına az
qalıb.
Rayonda maldarlığın sürətli
inkişafı ilə
əlaqədar "Ağstafasüd"
kompleksinin inşası
da nəzərdə tutulub. Kompleksdə 2400 başlıq südçülük təsərrüfatı
yaradılacaq, gündə
80 ton istehsal gücü
olan yem emalı zavodu inşa ediləcəkdir.
Yeni müəssisə üçün
mütəxəssislərin hazırlanması məqsədilə
peşə təhsili
müəssisəsi açılıb.
Burada müasir texnikaya olan ehtiyac nəzərə
alınaraq güclü-qüvvətli
aqrolizinq yaradılıb.
Ağstafa rayonunda bu cür
diqqəti cəlb edən dəyərli işlər çoxdur. İqtisadiyyat sürətlə inkişaf
edir, abadlıq və quruculuq işləri aybaay, ilbəil genişlənir.
İcra hakimiyyəti başçısının
müavini Ramiz Tatarlı deyir ki, cari ilin
doqquz ayı ərzində ötən ilin müvafiq dövründəkinə nisbətən
3 milyon manatlıqdan çox məhsul istehsal edilib. Sahibkarlığa, özəl sektora
geniş meydan açıldıqca gəlir,
qazanc çoxalır.
Cari ilin ötən ayları ərzində əsas kapitala yönəldilən
investisiyaların həcmi
təqribən 8 milyon
manat olmuşdur ki, bu da
ötən ilin müvafiq dövründəkinə
nisbətən 1,5 milyon manat çoxdur.
Tatlıda üzlük bəzək daşları karxanası işləyir. Orada kərpic və
kirəmit istehsal olunur. Poyluda qum, çınqıl
zavodu fəaliyyət göstərir. Yerli xammaldan gəc
istehsal edilir. Qəsəbə və kəndlərdə
dəyirmanlar, çörəkbişirmə
müəssisələri, yağ-pendir
və süd sexləri fəaliyyət göstərir. Yerli üzüm
sortlarından şərab
hazırlanır. Xalq sənətinin
inkişafı, xalçaçılıq,
misgərlik, dulusçuluq,
dəmirçilik, şəbəkə,
ağac və daş üzərində oyma, habelə ipəkçilik və zərgərlik geniş miqyas alıb.
Rayonda abadlıq və quruculuq işlərinə
də xüsusi diqqət yetirilir. Ağstafa vağzalı
ətrafındakı park tamamilə
yenidən qurulub, işıq sistemi təzələnib. Qışa hazırlıqla
əlaqədar 16 ailəlik
və 33 mənzilli yaşayış binalarının
dam örtükləri dəyişdirilib.
İmkansız ailələrə kömək məqsədilə
Ağstafa şəhərində,
Xətai və Köhnə Qışlaq,
Həsənsu, Dağkəsəmən
kəndlərində fərdi
evlər tikilib, ictimai binaların da görkəmi dəyişir. Statistika idarəsinin
yeni inzibati binasının, vergilər
terminalının və
Ağstafa aqroservisin tikintisi başa çatmaq üzrədir.
Qıraq
Kəsəmən kənd
məktəbi yeni bina və müasir
avadanlıqla təchiz
olunub, Xətai kəndində təzə
poçt binası istifadəyə verilib.
Qəza vəziyyətində olan
8 yaşayış evinin
əsaslı təmiri,
Tatlı, Eynallı, Köçəsgər kəndlərində
qrunt sularının qarşısının alınması
üçün tədbirlər
görülür.
Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi diqqət mərkəzindədir. Həsənsu kəndinin və Vurğun qəsəbəsinin
qaz xətti istifadəyə verilib.
Dağkəsəmən kəndində də
paylayıcı qaz xətti istismara hazır vəziyyətdədir.
Dövlət başçısı
cənab İlham Əliyev bu yerlərə səfəri
zamanı Ağstafada həyata keçirilən
tədbirlərə müsbət
qiymət verərək
demişdir: "Bilirsiniz
ki, mənim siyasətimin əsas istiqamətlərindən biri
də odur ki, Azərbaycanın bütün bölgələrində
inkişaf olsun, yeni iş yerləri
açılsın, insanlar
işlə təmin olunsunlar, maaşlar qalxsın. Biz bu
istiqamətdə böyük
işlər görürük,
böyük proqramlar həyata keçiririk.
Mən çox şadam ki, Ağstafada da bu istiqamətdə
işlər gedir".
Dövlət başçısının tələb
və tövsiyələrini
ardıcıl surətdə
yerinə yetirən Ağstafa rayonu günü-gündən gözəlləşir,
sənaye mərkəzinə
çevrilir.
Əhməd İSAYEV,
Azərbaycan.- 2010.- 3 dekabr.- S.6.