Növbəti erməni saxtakarlığına sərt, tutarlı fundamental cavab

 

Oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda diaspordan olan jurnalistlər qarşısında verdiyi bəyanatlar, xüsusən erməni tarixi ilə bağlı uydurmaları hələ uzun müddət dünya elm ictimaiyyəti tərəfindən tənqidə məruz qalacaq, yalan saxtakarlığın misilsiz nümunəsi kimi vurğulanacaqdır.

Söz yox ki, bəşəriyyət tarixində görünməmiş bu saxtakarlıq cəhdinə ilk növbədə Azərbaycanın elm xadiminin münasibət bildirməsi tamamilə gözlənilən idi belə oldu. Hadisədən cəmi 17 gün sonra tanınmış filosof alim, akademik, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ermənistan prezidenti tərəfindən irəli sürülmüş "yeni kəşflər"in ifşasına, bu dövlətin başçısının əllaməlik cəhdlərinə mötəbər tarixi faktlara əsaslanan "Gorus-2010: absurd teatrı mövsümü" məqaləsi ilə tutarlı cavab verdi.

Həmin məqalə bu günlərdə "Şərq-Qərb" nəşriyyatı tərəfindən əlavə materiallar da daxil edilməklə kitab şəklində çapdan çıxmışdır. Kifayət qədər zəngin tarixi faktoloji mənbələrə istinad olunması, Azərbaycanın qədim müasir dövrünün xəritələrinin verilməsi kitabın elmi dəyərini artırmaqla bərabər, oxucular üçün etibarlı mənbə rolunu oynayır.

Akademik Ramiz Mehdiyevin bu qiymətli kitabı təkcə növbəti erməni riyakarlığına cavab vermək baxımından deyil, çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu kitab dünyanın müxtəlif regionlarında yaşayan siyasətşünaslar, qafqazşünaslar, xüsusən konfliktoloqlar üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, tarix elminin atası sayılan Herodot coğrafiyaşünas Strabondan üzü bəri çoxsaylı elmi mənbələrə istinadən yazılmış bu əsər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in Minsk qrupunda təmsil olunmuş vasitəçilərin münaqişənin mahiyyəti ilə daha yaxından tanış olmaları baxımından da kifayət qədər əhəmiyyətlidir.

Akademik Ramiz Mehdiyev kitabda çox düzgün olaraq qeyd edir ki, prezidentliyinin legitimliyi hətta erməni cəmiyyətinin özü tərəfindən şübhə altına alınan Serj Sarkisyan coşaraq Gorus teatrının səhnəsindən erməni cəmiyyətinin layiq olduğu siyasi liderin obrazından daha çox özünün şəxsi daxili mədəniyyətinin savadının səviyyəsini əks etdirən bir sıra kəskin bəyanatlar verməyi özünə rəva bilmişdir.

Akademik Ramiz Mehdiyev haqlı olaraq Serj Sarkisyanın bu riyakar iddiaları ilə bəşəriyyətə II Dünya müharibəsi kimi bəla gətirmiş Üçüncü Reyx liderlərinin almanların ali irq olması iddiası arasında bənzəyiş görür, paralellər apararaq yazır: "Yetmiş il bundan əvvəl alman alimləri Üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim təmizqanlı, digərlərinin gəlmə qarışıq olması barədə söhbətlərin ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar".

Məqalədə Ermənistan həqiqətlərini daha dəqiq əks etdirən çoxsaylı faktlar verilmişdir. Məsələn, münaqişə başlanan illərdə Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Cavaxkda (Gürcüstan) yaşayan ermənilərin sayı ümumilikdə 3,7 milyon nəfər idi. Bu gün isə həmin ərazilərdə 2,2-2,3 milyon erməni yaşayır, yəni bu ərazilərdə ermənilərin sayı 40 faiz azalmışdır. BMT İnkişaf Proqramının himayəsi altında dərc edilən İnsan Potensialının İnkişafı Haqqında Məruzədə göstərilir ki, hər il 23 mindən 27 minə qədər adam Ermənistanı tərk edir. Monoetnik dövlət quran ermənilər özləri belə Ermənistanın vəziyyətinin puç olduğunu görür, Serj Sarkisyanın rəhbərlik etdiyi qaniçən rejimdən qaçırlar.

Akademik çox haqlı olaraq yazır ki, bütün bu illər ərzində Ermənistanda hələ başa düşməyiblər ki, Ermənistan qonşu dövlətə qarşı təcavüz törətməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhərləri kəndləri vəhşicəsinə dağıtmaqla əslində qalib gəlməmiş, məğlub olmuşdur! O, yaranmış bu qədər fürsəti əldən verməklə sülhü uduzmuşdur. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, illər keçdikcə daha da çoxalacaq fərqi qiymətləndirmək kifayətdir. Ermənistan diplomatiya sahəsində tam məğlubiyyətə doğru gedir, bunun ardınca başqa xarakterli məğlubiyyət ola bilər. Elə isə indi uçuruma yuvarlanan bu ölkənin rəhbərlərinin öz simalarını saxlaması qədər gec deyil, vəziyyətdən ləyaqətlə çıxaraq labüd nəticədən yaxa qurtarmaq vaxtı çatmamışdırmı?

Məqaləni elmi mənbələrə istinadla davam etdirən akademik Ramiz Mehdiyev geniş tarixi arayışı oxucuların diqqətinə çatdırdıqdan sonra vurğulayır ki, reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış qonaqlara yanlış məsləhətlər vermişdir. Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər.

 

Vüqar AĞAYEV,

AzərTAc-ın müxbiri

Azərbaycan.- 2010.- 3 dekabr.- S.3.