Sosial sığorta-pensiya sahəsindəki
nailiyyətlər vətəndaşların etibarlı sosial müdafiəsindən xəbər verir
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş Azərbaycanın hərtərəfli
sosial-iqtisadi inkişaf
strategiyası bu gün
Prezident İlham
Əliyevin rəhbərliyi ilə uğurla
davam etdirilir.
Respublikamızda aparılan sosial-iqtisadi
siyasətin prioritet xəttini bütün sahələrin inkişafına nail olunması, əhalinin sosial
müdafiəsinin, maddi rifahının
yüksəldilməsi tədbirlərinin gücləndirilməsi
təşkil edir. Həyata keçirilən
islahatlar digər sahələrdə olduğu kimi,
sığorta-pensiya sistemində də cox
böyük nailiyyətlərlə nəticələnmişdir.
Həyata
keçirilən sürətli islahatlar Azərbaycanın
müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelinin qurulmasına da imkan vermişdir. Azərbaycanın sosial
sığorta-pensiya sahəsində atdığı inamlı
addımlar və əldə etdiyi nailiyyətlər
ölkəmizin bu sahədə
dünyanın ən nüfuzlu və bütün ölkələri əhatə edən
Beynəlxalq Sosial Təminat
Assosiasiyasının üzvü, sonra büro üzvü və nəhayət, Avropa ölkələri sosial sığorta-pensiya
sistemləri şəbəkəsinin rəhbər komitəsinə
üzv seçilməsinə gətirib
çıxarmışdır. Əldə edilmiş
uğurların sayəsində Azərbaycanın pensiya və sosial təminat
layihəsinin icrasına nəzarət etmək məqsədilə
2009-cu ilin noyabrında ölkəmizdə
olmuş Dünya
Bankı missiyasının rəsmi məlumatında
ölkəmizin sığorta-pensiya sisteminin
beynəlxalq model olaraq
çıxış etdiyi və Dövlət
Sosial Müdafiə Fondunun
beynəlxalq sosial təminat aləmində
nüfuzlu bir quruma çevrildiyi əksini
tapmışdır. Hazırda Dünya
Bankının layihələrinin tətbiq olunduğu
keçid dövrü
ölkələrinin müvafiq nümayəndə
heyətlərinin Azərbaycan təcrübəsinin öyrənilməsi
məqsədilə respublikamıza səfərləri həyata
keçirilir.
Prezident
İlham Əliyevin
tapşırığı ilə həyata keçirilən
sığorta-pensiya sistemi üzrə
genişmiqyaslı islahatların mühüm
istiqamətlərindən biri də əhaliyə
yüksək səviyyədə xidmət göstərilməsi
üçün şəraitin
yaradılması, yerlərdə mövcud
infrastrukturun yenidən qurulmasıdır. Artıq son illər bu istiqamətdə görülən işlərin
nəticəsidir ki, ayrı-ayrı rayonlar üzrə Dövlət Sosial Müdafiə Fondunun
70-dən artıq şöbəsinin maddi
texniki bazası möhkəmləndirilmiş,
əksəriyyəti yeni müasir
standartlı inzibati binalarla
təmin edilmişlər. Dövlət Sosial
Müdafiə Fondunun bütün
şöbələri müxtəlif növ
proqram təminatı ilə təmin
edilmişlər və hazırda əksər işlər kompüter sistemləri vasitəsilə aparılır.
Görülən işlərin nəticəsində Dövlət
Sosial Müdafiə Fondunun
serverlərində unikal elektron
məlumat bazaları yaradılmışdır ki, bu da
fondun işini keyfiyyətcə
daha yüksək səviyyəyə
qaldırır.
Dövlət
Sosial Müdafiə Fondunun
Naftalan söbəsi də şəhərin
mərkəzində yeni istifadəyə verilmiş inzibati binada yerləşir. Burada
xüsusilə əmək pensiyaçılarına, ahıl vətəndaşlara
xidmət imkanları genişləndirilmiş, binada
müasir avadanlıqlar
quraşdırılmışdır.
Dövlət Sosial
Müdafiə Fondunun Naftalan
şəhər şöbəsinin müdiri
Ruslan Əliyevin sözlərinə
görə, şöbənin kollektivi tərəfindən
əhaliyə yüksək səviyyədə xidmət
göstərilir, pensiyaçıların problemlərinə
qayğı ilə yanaşılır. Şöbəyə daxil olan bütün
ərizə və şikayətlər dərhal
araşdırılaraq müvafiq tədbirlər
görülür. Naftalan şəhər
şöbəsində qeydiyyatda olan əmək pensiyaçıları hər
ay üzrə öz
pensiyalarını vaxtında alırlar. Şöbədə
vətəndaşlarla iş, onların qəbulu
və müraciətlərinə baxılması günün tələblərinə uyğun qurulmuşdur.
Sektorlar
üzrə vətəndaşların qəbulu qrafikə əsasən
aparılır. Şöbənin hər bir
əməkdaşının yaxşı iş
şəraitinə, kompüterlərə malik
olması, inzibati binanın müasir tələblərə cavab verməsi xidməti işi
xeyli asanlaşdırır.
R.Əliyev
bildirdi ki, Naftalan şəhər şöbəsində
əmək pensiyaçılarının ümumi
sayı 1424 nəfər olmuşdur. Onlardan 843 nəfər yaşa
görə, 439 nəfər əlilliyə görə, 142 nəfər
ailə başçısını itirdiyinə görə əmək
pensiyası alır. Şöbədə pensiyaların
hamısı plastik kart
vasitəsilə ödənilir. Pensiyaların ödənilməsində
şəffaflığın təmin olunması əhali tərəfindən
yüksək qiymətləndirilir.
"Əmək pensiyalarının baza hissəsinin artırılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 31 avqust tarixli sərəncamına əsasən,
pensiyaçıların sosial müdafiəsini
gücləndirmək məqsədilə əmək
pensiyasının baza hissəsinin məbləği
bu il sentyabrın 1-dən
artırılaraq
85 manat müəyyən edilmişdir.
R.Əliyevin sözlərinə görə, Naftalan
şəhər şöbəsi tərəfindən sərəncamdan
irəli gələn məsələlər vaxtında icra olunmuşdur. Vətəndaşlar
sentyabr ayından etibarən pensiyalarını
artımla alırlar. Bundan sonra
şəhər üzrə tələb olunan
aylıq məbləğ artaraq 146 070 manat təşkil etmişdir.
2010-cu ilin 1 oktyabr tarixinə şöbədə 95 hüquqi və 291 fiziki
şəxs qeydiyyatda olmuşdur.
Şəhər üzrə fəaliyyət göstərən
sığorta edənlərin uçota
alınması sahəsində olan problemlər
demək olar ki, aradan qaldırılmışdır. Sığortaedənlərdən 2010-cu ilin ilk 9 ayı ərzində
faktiki daxilolma 313 059 manat təşkil etmişdir
ki, məbləğin 196488 manatı
büdcədən, 116570 manatı isə qeyri-büdcədən
daxil olmuşdur. 2010-cu
ilin ilk üç rübündə fiziki
şəxslərdən yığılan sosial
sığorta haqqı 32166 manat təşkil
etmişdir. Proqnoza
qeyri-büdcə təşkilatları üzrə 101.5 faiz əməl edilmişdir.
Debitor borclarının
yığılması yönümündə borcu
olan təşkilatlardan bildirişlər
göndərilmiş, müvafiq hüquqi prosedurlar yerinə
yetirilmişdir.
Fərdi
uçotun təşkili ilə
bağlı da Dövlət Sosial Müdafiə Fondunun
Naftalan şəhər şöbəsində
xeyli iş görülmüşdür. Belə ki, 1540 sosial sığorta
şəhadətnaməsi alınaraq sahiblərinə
paylanmışdır. Bunlardan 1339 nəfəri
hüquqi şəxs, 201 nəfəri isə
fiziki şəxslərdir. 144 nəfərə
sosial sığorta şəhadətnaməsi
alınaraq sifariş verilib.
Yuxarıda sadalanan faktlar və rəqəmlər bunu
deməyə əsas verir ki,
fondun Naftalan şəhər
şöbəsində əhalinin sosial
müdafiəsinin təmin olunması istiqamətində qəbul
edilən qərarların icrası ilə bağlı zəruri
tədbirlər vaxtında və dərhal yerinə yetirilir. Sığortaedənlərin
uçota alınması, debitor
borcların minimuma endirilməsi,
sığortaolunanların fərdi uçotunun
təşkil edilməsi, aztəminatlı ailələrə pensiya və müavinətlərın
vaxtında çatdırılması, Dövlət Sosial Müdafiə Fondunun
Naftalan şəhər şöbəsinin
rəhbərliyi və əməkdaşları tərəfindən
daim diqqət mərkəzində
saxlanılır.
R.Əliyev dedi ki, bundan sonra
da sığortaedənlərin uçota alınması, debitor
borcların minimuma endirilməsi,
sığortaolunanların fərdi uçotunun
təşkili, aztəminatlı ailələrə pensiya və müavinətlərin vaxtında
çatdırılması üçün
şöbənin kollektivi var
qüvvəsiylə çalışacaq və ona nail olacaqdır ki, cari ildə
qarşıya qoyulmiş vəzifələr
zamanında, tam yerinə yetirilsin:
"Sonda qeyd
etmək istəyirəm ki,
yaşadığımız Naftalan şəhərində
son aylar ərzində
görülən işləri - stilik xəttinin
çəkilişi, qaz, işıq xətlərinin,
kanalizasiya sisteminin
yenidən qurulması, on illərlə
işləməyən liftlərin işə düşməsi,
doqquzmərtəbəli binaların fasadına yeni üzlük çəkilməsi
onu deməyə əsas verir
ki, yaxın gələcəkdə Naftalan ən gözəl kurort
şəhərlərindən biri
olacaqdır. Cənab Prezidentin rəhbərliyi
ilə görülən bütün bu işlər Naftalan
şəhərində yaşayan əhalinin
sosial durumuna da böyük kömək
göstərəcəkdir".
R. BAYRAMOV
Azərbaycan.- 2010.- 2
dekabr.- S. 7.