"Əsrin
müqaviləsi"ndən başlanan yol uğurla davam edir
Azərbaycan
və Türkiyə jurnalistləri ölkəmizdə həyata
keçirilən iri neft-qaz
və ixrac layihələrinin builki uğurları ilə birlikdə
tanış oldular. Bu barədə onlara
bp şirkətinin
regional prezidenti Rəşid
Cavanşir məlumat verdi.
Tədbirdə ayrı-ayrı layihələr üzrə
menecerlər və məsul şəxslər
də iştirak edirdilər. Odur ki, istər
dənizdəki əməliyyatlar,
istərsə də ixrac və qurudakı
tikinti işləri barədə ətraflı
söhbət getdi.
İlk növbədə cari
ilin üç rübü ərzində görülmüş işlər
haqqında məlumat verildi. Bu barədə danışarkən
R.Cavanşir qeyd etdi ki, 2010-cu ildə "Azəri-Çıraq-Günəşli"
yataqlarından 42,1 milyon ton neftin çıxarılması nəzərdə
tutulub. 9 ay ərzində
30,8 milyon ton neft hasil edilib.
Həmin yataqlardakı
platformalardan ümumilikdə
gündə orta hesabla 835,1 min barel neft alınıb.
Natiq onu da dedi ki,
AÇG-nin əməliyyatçısı
olan bp həmin
layihədə "Devon" şirkətinin payını
əldə edib. Bu da bp-nin Azərbaycanda öz fəaliyyətini genişləndirdiyini göstərir.
Bu ilin mühüm hadisələrindən biri
Çıraq Neft Layihəsinin (ÇNL) işlənməsinə
qərar verilməsidir. Mart ayında
bu münasibətlə
ARDNŞ ilə bp birgə tədbir keçirdilər. Həmin vaxtdan
işlər qrafik üzrə davam edir. Layihənin 10 əsas müqaviləsindən
8-i artıq verilib.
Dəniz
işləri ilə bağlı qalan iki müqavilə də ilin sonunadək
tamamlanaraq təqdim ediləcək.
Hazırda Heydər Əliyev adına
Bakı Dərin Özüllər Zavodunda və Bibiheybətdəki
ATA tikinti-quraşdırma sahəsində
"Qərbi Çıraq"
platformasının ayrı-ayrı
hissələrinin inşası
davam edir. Ümumilikdə AÇG-nin
tikinti işlərinə
podratçı şirkətlər
vasitəsilə 1400 nəfərdən
çox adam
cəlb olunub. Onların 95 faizdən çoxu Azərbaycan vətəndaşıdır.
Aprel ayından isə
öncəqazma proqramına
başlanıb. Hazırda bu proqram çərçivəsində ikinci quyu qazılır.
Tədbirdə həmçinin qeyd edildi ki,
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri ilə üç rüb ərzində 28,6 miylon ton neft
ixrac olunub. Hazırda kəmərə AÇG nefti
və "Şahdəniz"
kondensatı vurulur.
İyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC-yə Türkmənistan nefti də qoşulur.
BTC-nin həmçinin
Qazaxıstanın "Tengiz"
yatağının neftini
daşımaq haqqında
sazişləri var.
Ötən aylarda Cənubi
Qafqaz Boru Kəmərinin gündəlik
orta ötürücülük
gücü 15,3 milyon kubmetr qaz olub.
Tədbirdə "Şahdəniz"
qazı ilə bağlı da geniş söhbət getdi. Belə ki, "Şahdəniz"in
birinci mərhələsi
çərçivəsində hasilat barədə məlumatdan sonra əsas mövzu yatağın tammiqyaslı
işlənməsi layihəsi
oldu.
"Şahdəniz"in tammiqyaslı
işlənməsi Azərbaycana
dünyanın yeni qaz bazarlarının əsas təchizatçılarından
biri olmaq imkanı yaradacaq. Bu layihə
üzrə ilk qazın
2017-ci ildə əldə
ediləcəyi planlaşdırılır.
F.SADIQLI
Azərbaycan.- 2010.- 2
dekabr.-S.7.