Xırdalanda
istehlakçı hüquqlarının qorunması ilə
bağlı konfrans keçirilib
İqtisadi
İnkişaf Nazirliyi
yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin təşkilatçılığı
ilə Xırdalan şəhərində
"İstehlakçı hüquqlarının qorunmasında
sahibkarların vəzifələri" mövzusunda
keçirilən konfransda dövlət
qurumları və ictimai təşkilatların
nümayəndələri, eləcə də Abşeron
iqtisadi rayonunda fəaliyyət
göstərən 150-yə yaxın sahibkar
iştirak edib.
İİN mətbuat xidmətinin tədbirlə
bağlı yaydığı məlumatda bildirilir
ki, son vaxtlar
keyfiyyətsiz məhsulların satışının
qarşısının alınması,
istehlakçıların və sahibkarların maarifləndirilməsi
istiqamətində bir sıra tədbirlərin
görülməsinə baxmayaraq, istehlak bazarında hələ də neqativ hallara rast gəlmək mümkündür.
Təkcə bu ilin 10 ayı ərzində Antiinhisar
Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən
həyata keçirilən nəzarət tədbirləri
zamanı müxtəlif səbəblərə görə
1292,5 ton ərzaq məhsulları
satışdan çıxarılmışdır. Həmin məhsulların 284,8 tonu
məhv edilmiş, 30,3 tonu
təkrar emala göndərilmiş, 614,9 tonu normativ sənədlərin
tələblərinə uyğun etiketlənəndən
sonra satışa qaytarılmış,
359,5 tonunun istifadəsi qadağan
olunmuşdur. 3 tonu barəsində
isə araşdırmalar davam edir. Bu dövrdə,
həmçinin, 376,5 ton qeyri-ərzaq
malları satışdan çıxarılmışdır.
Onların 142,8 tonu istifadəyə
yararsız olduğundan məhv edilmişdir.
Konfransda
belə bir fakt da açıqlanıb ki,
cari ilin yanvar-oktyabr aylarında qanunu
pozan sahibkarlıq subyektləri barədə
Dövlət Xidməti tərəfindən İnzibati
Xətalar Məcəlləsinə uyğun
ümumilikdə 1436 qərar qəbul edilmiş
və inzibati xətaya yol
verən şəxslər 2 milyon manatdan artıq cərimə olunmuşlar.
Konfransda
çıxış edən digər qurumların - Səhiyyə
Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin, Abşeron
Rayon İcra Hakimiyyətinin
nümayəndələri istehlakçı
hüquqlarının qorunması ilə bağlı
görülən tədbirlərin gücləndirilməsinin
zəruriliyini, bununla bağlı
sahibkarların
üzərinə düşən məsuliyyətin
artırılmasını, istehlak
bazarında mövcud olan
nöqsanların aradan
qaldırılmasında əlaqədar təşkilatların
birgə fəaliyyətinin əhəmiyyətini qeyd etmişlər.
Azərbaycan.-2010.- 2 dekabr.- S. 8.