Dağıstan Respublikasının Prezidenti cənab Maqomedsalam Maqomedova

 

Hörmətli Maqomedsalam Maqomedaliyeviç!

Qardaşınız Hacımurad Maqomedovun həlak olması xəbərindən dərindən sarsılmışam.

Bu ağır, əvəzsiz itki ilə bağlı dərdinizi bölüşürəm. Sizinlə birlikdə kədərlənirəm.

Sizə, bütün doğmalarınıza yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 7 dekabr.- S. 1.