Dağlıq
Qarabağ münaqişəsi Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır
Bunu Prezident İlham Əliyev ATƏT-in VII sammitində bir daha dünya
ictimaiyyətinin diqqətinə çatdırdı
Azərbaycanın
beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi
və xarici siyasəti üçün
mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, beynəlxalq
təşkilatlar dünyada yaranan yeni təhdidlərlə
mübarizədə getdikcə daha çox rol oynayırlar.
Belə təşkilatlar təhdidlərin aradan
qaldırılmasına və ya onların
qarşısının alınmasına yardım etməklə
yanaşı, milli maraqların müdafiəsinə
imkanlar yaradırlar. Eyni
zamanda, beynəlxalq təşkilatlar Azərbaycan
Resrublikasının təhlükəsizlik rroblemlərinə
tərəfdaş dövlətlərin diqqətini cəlb etmək
üçün əlverişli forum rolunu oynayırlar.
Bu baxımdan beynəlxalq təşkilatlarla
əməkdaşlıq Azərbaycan üçün
mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Resrublikasının 1992-ci
ildən üzvü olduğu
ATƏT Avrora qitəsinin bütün
dövlətlərini əhatə edən və onlar arasında münasibətlərin və ümumi təhlükəsizliyin norma və rrinsirlərini təsbit edən
yeganə regional təşkilatdır. ATƏT-in Nelsinki Üekun Aktı və
digər sənədləri regionda sülhün və təhlükəsizliyin təmin
edilməsi üçün rrinsirial siyasi əsasdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həll edilməsində oynadığı rol
baxımından ATƏT-lə əməkdaşlıq ölkəmizin
xarici siyasətində xüsusi
yer tutur. Azərbaycan
digər sahələrdə də ATƏT-lə əməkdaşlıq
edir.
Ümumiyyətlə,
Avropa strukturlarında təmsilçilik,
ölkənin sivil Avropa
ölkəsi kimi qurulması müstəqilliyin
ilk illərindən Azərbaycan
Respublikasının qarşıya qoyduğu
əsas məqsədlərdən biri idi. Azərbaycan buna nail oldu. Bu,
Avrora və Asiyanın kəsişmə
nöqtəsində yerləşən Azərbaycanın
ATƏT üzvü olan
dövlətlərlə münasibətlərinin
inkişafı baxımından da əhəmiyyətli
idi.
Rəsmi Bakı 2003-2010-cu illərdə
beynəlxalq hüquq prinsiplərindən
çıxış edərək praqmatizmə,
qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə
çevik və adekvat
reaksiya vermiş, ikitərəfli
və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir.
Hazırda hansısa dövlətin
müstəqil xarici siyasət yeritməsi,
milli maraqlarını beynəlxalq miqyasda qoruya bilməsi üçün əvvəllər əsas
götürülən ərazi və əhali amilləri bugünkü reallıqda o
qədər də aktual səslənmir.
Ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən Azərbaycan praqmatik diplomatiya yeritməklə,
bölgədə və ümumən Avropa
subregional məkanında layiqli
yerini təmin etmişdir.
Demokratik
dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq
qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından maksimum səmərəli bəhrələnməklə,
hər bir konkret zaman, məkan və şərait çərçivəsində
xarici siyasət hədəflərini
müəyyənləşdirir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları əsasında
həlli, yaxın-uzaq dövlətlərlə, aparıcı
beynəlxalq təşkilatlarla ikitərəfli və
çoxtərəfli əməkdaşlıq münasibətlərinin
dərinləşdirilməsi, respublikamızda həyata
keçirilən mütərəqqi ruhlu
islahatlar barədə dünya
ictimaiyyətində obyektiv rəyin
formalaşdırılması, ədalətli şəkildə
enerji resurslarının ixracı və
diversifikasiyası prosesinin gerçəkləşdirilməsi
dövlət başçısı İlham
Əliyevin xarici siyasətində diqqəti
çəkən prioritetlər olmuşdur.
Məhz bu diplomatik
reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti
daha da yüksəlmiş,
avrostrukturlara inteqrasiya
prosesi sürətlənmişdir.
Son
illərdə dövlət rəhbərinin apardığı
danışıqlar, nümayiş etdirdiyi mövqe, verdiyi bəyanatlar nəinki təbliğati prizmadan olduqca effektiv olmuş, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi
ilə bağlı aparılan danışıqlarda rəsmi
Bakının psixoloji-siyasi üstünlüyünü təmin etmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi,
Azərbaycanın qlobal layihələrin həyata
keçirilməsində əsas tərəf kimi
beynəlxalq iqtisadi-siyasi proseslərdə
aparıcı qüvvəyə çevrilməsi problemin həlli ilə bağlı
danışıqlarda rəsmi Bakının mövqelərinin
güclənməsi ilə müşayiət olunur.
Azərbaycanın iqtisadi
potensialının güclənməsi, hərbi büdcəsinin
ildən-ilə artması fonunda
danışıqlar prosesi də keyfiyyətcə
yeni mərhələyə qədəm qoyur. Avropa Şurası, Avropa Birliyi, ATƏT,
İKT kimi nüfuzlu
beynəlxalq təşkilatlar, o cümlədən
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı 4 qətnamə qəbul etmiş
BMT problemin həllində ərazi
toxunulmazlığı prinsipini önə
çəkmişdir. Son illər
danışıqlar prosesi yenilənmiş
Madrid prinsipləri əsasında
aparılır. Lakin hər dəfə Ermənistan
rəhbərliyinin qeyri-konstruktiv mövqe nümayiş
etdirməsi münaqişənin sülh yolu ilə həllinə ciddi
maneə törədir.
Bu günlərdə
Qazaxıstanın paytaxtı Astanada
ATƏT-in VII sammiti keçirildi.
Sammitdə ümumilikdə 56 üzv və
12 tərəfdaş ölkənin dövlət və hökumət
başçıları, nümayəndə heyətləri,
həmçinin beynəlxalq təşkilatların nümayəndələri
iştirak edirdilər. Sammitdə
Əfqanıstandakı vəziyyət, qeyri-qanuni
miqrasiya, kütləvi qırğın
silahlarının yayılması təhlükəsi, qlobal iqtisadi böhran və digər məsələlər
geniş müzakirə edildi.
Prezident İlham
Əliyev sammitdə çıxış edərək Azərbaycanın
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırdı:
"Dağlıq Qarabağ Azərbaycanın
tarixi hissəsidir. O, Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış hissəsidir.
Bu gün Ermənistan
işğal edilmiş
ərazilər üzərində nəzarəti saxlamaq və məcburi köçkünlərin
öz evlərinə
qayıdışına mane olmaq məqsədilə gücdən istifadə
edir. Buna baxmayaraq, Azərbaycan hər zaman
sülh danışıqlarına sadiq qalmış, qalır və yenə də
ümid edir ki, onlar nəticə gətirəcəkdir.
Münaqişənin həlli yalnız beynəlxalq
hüququn norma və
prinsiplərinə hörmətlə yanaşma,
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin,
ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa
Şurası və digər beynəlxalq təşkilatların
qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır.
Lakin Ermənistan münaqişənin mümkün qədər tezliklə
uzunmüddətli həllinə nail olmaq məqsədilə vicdanla
danışıqlar aparmaq əvəzinə,
gözlənilməz nəticələri ola
biləcək münaqişənin eskalasiyasına üstünlük verir.
Ermənistan daimi olaraq
atəşkəs rejimini pozur,
işğal olunmuş
ərazilərdə hərbi təlimlər keçirir,
işğal edilmiş
şəhər və kəndlərimizin tarixi
adlarını dəyişməyə cəhd göstərir.
Ermənistan qeyri-qanuni olaraq
mülki şəxsləri işğal edilmiş ərazilərə
yerləşdirir, vəziyyəti dönməz və sülh prosesini mənasız
etməyə çalışır".
Məlumat
üçün bildirək ki, ATƏT-in faktaraşdırıcı
missiyası 2005-ci ildə regiona səfər
edərək Ermənistan tərəfindən işğal
olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyətlə bağlı məruzə
hazırlamışdır. Bu fakt bir daha
işğalçı dövlətin status-kvonu
saxlamaq və danışıqlar prosesini müddətsiz etmək niyyətini
göstərdi. Sülh
danışıqları ilə yanaşı, Azərbaycan cəmiyyətində
daim gündəmdə qalan
məsələlərdən biri də
Dağlıq Qarabağ münaqişəsinin
hərb yolu ilə həll edilməsidir. Odur ki, ordu
quruculuğu münaqişənin həlli
prosesində dönüş yaratmaq imkanına malik ən
vacib amillərdən biridir
və Azərbaycan bu sahədə də böyük uğurlar
qazanmışdır.
Azərbaycan.- 2010.- 7 dekabr.- S.1.