Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyeva Leninqradın müdafiəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçülərin xatirə lövhəsinin açılış mərasimində iştirak etmişdir

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyeva Leninqradın müdafiəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçülərin xatirə lövhəsinin təntənəli açılış mərasimində iştirak etmişdir.

Xatirə lövhəsinin açılışı "Nevski Pyataçok" Əsgəri Memorialın Beynəlmiləl şöhrət və xatirə xiyabanında olmuşdur. Abidənin yaradılması layihəsi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi altında Leninqrad vilayəti hökumətinin dəstəyi ilə həyata keçirilmişdir.

Leninqrad vilayətinin vitse-qubernatoru Aleksandr Kuznetsov mərasimdə çıxış edərək demişdir: "Əsgər və zabitlər burada öz borclarını şərəflə yerinə yetirmişlər. Abidənin açılışı göstərir ki, bizim dövlətlərin xalqları və rəhbərləri həlak olmuş ata-babalarımızın xatirəsinə sadiqdir".

Leyla Əliyeva Leninqradın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsini anmaq üçün "Nevski Pyataçok"a toplaşmış tədbir iştirakçılarına səmimi qəlbdən minnətdarlığını bildirərək demişdir ki, keçmiş Sovet İttifaqı xalqlarının Böyük Vətən müharibəsi illərində göstərdiyi rəşadətin bəşəriyyət tarixində tayı-bərabəri olmamışdır. Hitler faşizmi üzərində Qələbəyə Azərbaycan xalqı böyük töhfə vermişdir. Döyüş meydanlarında 300 mindən çox azərbaycanlı həlak olmuşdur. O demişdir: "Təyyarəçi Hüseynbala Əliyevin göstərdiyi hünər məlumdur. O, Leninqrad ətrafında döyüşlərdə bir uçuşda 2 düşmən təyyarəsini, o cümlədən ikincisini ölümcül yaralanmış vəziyyətdə məhv etmişdir. Bu qəhrəmanlığına görə ali hökumət mükafatına - "Lenin ordeni"nə layiq görülmüşdür. Leninqradın mühasirəsi 900 gün davam etmişdir. Aclıq, soyuqbombardmanlar üzündən yüz minlərlə insan həlak olmuşdur. Ammaartilleriya atəşləri, nə də daimi ölüm qorxusu leninqradlıların dəmir iradəsini və vətənpərvərlik ruhunu qıra bilmədi. Şəhər davam gətirdi və bu gün inkişafda olan Sankt-Peterburq dünyanın mədəni paytaxtı statusunu təsdiq edir".

L.Əliyeva bildirmişdir ki, Azərbaycan Respublikasının Xatirə Kitabında Leninqradın faşistlərin mühasirəsindən azad edilməsi uğrunda Nevski pyataçokdaSinyavinsk yüksəkliklərində gedən döyüşlərdə həlak olmuş 850 azərbaycanlının adı yer almışdır. O demişdir: "Nevski pyataçok" döyüş meydanı hərb tarixinin ən rəşadətli və faciəli səhifələrindən biridir. Döyüş meydanının müdafiəçilərinin tərkibi, demək olar, hər gün büsbütün yenilənirdi - həlak olanları yeni döyüşçülər əvəz edirdi. Artıq peterburqlu heykəltəraş tərəfindən abidə hazırlanmışdır və gələn il Fondun nümayəndəliyinin hamiliyi altında, Leninqrad vilayəti hökumətinin dəstəyi ilə Sinyavinsk yüksəkliklərində ucaldılacaqdır. Döyüşçülərin rəşadəti gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. Sevindirici haldır ki, bu gün mərasimdə çoxlu gənc iştirak edir. Onların vətən uğrunda canlarından keçmiş ata və babalarının xatirəsini uca tutmaları çox vacibdir. Xalqlarımızın birliyidostluğu sayəsində biz Böyük Qələbə qazana bildik. Bu Qələbə belə bir danılmaz həqiqəti təsdiq etdi ki, biz sülhə, əmin-amanlığa və vətəndaşlarımızın xoşbəxt gələcəyinə ancaq bir yerdə nail ola bilərik".

Sonda Leyla Əliyeva bu layihəni dəstəklədiklərinə görə Leninqrad vilayətinin qubernatoru Valeri Serdyukova, vilayət hökumətinə, həmçinin layihəni icra edən istedadlı heykəltəraşlar Gennadi BelousovaAndrey Rıtova minnətdarlığını bildirmişdir.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov çıxışında 1941-1944-cü illərdə Leninqrad uğrunda gedən döyüşlərdə həlak olmuş döyüşçülərin xatirə lövhəsinin açılmasının tarixi əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Böyük Qələbəni məhz xalqlarımızın dostluğubirliyi sayəsində əldə etmək mümkün olmuşdur.

Müfti Cəfər Ponçayev həlak olmuş döyüşçülərin ruhuna dua oxumuşdur.

Çıxışlardan sonra Leyla Əliyeva və Aleksandr Kuznetsov xatirə lövhəsini açmışlar. Tədbir iştirakçıları lövhənin qarşısına güllər düzmüşlər. Mərasim iştirakçıları qarşısından keçən fəxri qarovul dəstəsi qəhrəmanların xatirəsinə ehtiramını bildirmişdir.

Leyla Əliyeva, həmçinin "Leninqrad blokadasının yarılması" qoruq-muzeyində olmuşdur. Qoruğun işçiləri muzeyin mərkəzi ekspozisiyasından - Leninqradın müdafiəsi tarixində dönüş yaratmış 1943-cü il hadisələrini canlandıran dioramdan danışmışlar.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı həlak olmuş qəhrəmanların nurlu xatirəsinə qayğıkeş münasibət göstərdiklərinə görə muzeyin əməkdaşlarına minnətdarlığını bildirmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş, Leninqrad uğrunda döyüşlərdə canlarından keçmiş azərbaycanlıların (850 nəfər) adbaad siyahısı olan "Leninqradın faşist blokadasından azad edilməsi uğrunda qəhrəmancasına həlak olmuş azərbaycanlılar" kitabını muzeyə hədiyyə etmişdir.

Təntənəli mərasimdə RF XİN-in Yekaterinburqdakı nümayəndəsi Vladimir Zapevalov, Leninqrad vilayəti Kirov rayonunun başçısı Nikolay Yemelyanov, Yaponiyanın və Litvanın baş konsulluqlarının, Qırğızıstanın fəxri konsulluğunun, habelə Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın şimal paytaxtının ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Sankt-Peterburq

 

Azərbaycan.- 2010.- 7 dekabr.- S.2.