Azərbaycan ilə Uruqvay arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, səfir İlqar Muxtarov Uruqvayda işgüzar səfərdə olmuşdur. İ.Muxtarov səfər çərçivəsində Uruqvay Xarici İşlər Nazirliyinin baş katibi Nelson Yemil Ghaben Uruqvay Diplomatik Akademiyasının direktoru Alvaro Moerzinger ilə görüşlər keçirmişdir.

Baş katib N.Yemil ilə görüşdə səfir Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Uruqvay xarici işlər naziri Luis Leonardo Almagro Lemesə ünvanladığı məktubu təqdim etmişdir.

Tərəflər iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında imzalanmış saziş çərçivəsində 2011-ci ildə Bakıda ilk XİN-lərarası məsləhətləşmələrin keçirilməsi barədə razılıq ifadə etmişlər.

Səfir İ.Muxtarov həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzündən söz açaraq münaqişənin tarixi davam edən danışıqlar prosesi barədə xəritə əsasında Uruqvay Xarici İşlər Nazirliyinin baş katibi N.Yemilə məlumat vermişdir. N.Yemil qeyd etmişdir ki, Uruqvay daim beynəlxalq hüququn tələblərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunmasına tərəfdar çıxmışdır. N.Yemil buna misal olaraq Kosovonun müstəqilliyinin Uruqvay tərəfindən tanınmadığını qeyd etmişdir.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə dair, həmçinin beynəlxalq regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfir İ.Muxtarovun Uruqvay Diplomatik Akademiyasının direktoru Alvaro Moerzinger ilə görüşü zamanı iki ölkənin Diplomatik Akademiyalarının professorlarının müvafiq təcrübə mübadiləsi, həmçinin gənc diplomatlar üçün qarşılıqlı şəkildə təlim-tədris kursları təhsil almaq məsələlərində əməkdaşlıq perspektivləri nəzərdən keçirilmişdir.

 

Azərbaycan.- 2010.- 8 dekabr.- S.1.