Xəzərdən doğan günəş

 

Türkiyə mətbuatı ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafını yüksək qiymətləndirir

 

Nümayiş etdirdiyi tərəqqi dinamikasına görə dünya dövlətləri arasında liderlər sırasında yer alan bu sahədə mövqeyini daim gücləndirməkdə olan Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı daim prioritet istiqamətlərdən birini təşkil edib. Mövcud dünya təcrübəsi də göstərir ki, müasir şəraitdə istənilən ölkənin sürətli tərəqqisini təmin edən əsas amillərdən biri texnoloji yeniliklərin tətbiqindən keçir.

Texnoloji yeniliklərin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) isə son illərdə sürətlə inkişaf edərək iqtisadiyyatdan tutmuş idarəetmə, təhsil, səhiyyə və digər sferaları əhatə edir. Hazırda Azərbaycanda ən sürətli inkişaf edən sahələrdən birini məhz İKT sektoru təşkil edir. Bu yaxınlarda Beynəlxalq Telekomnmunikasiya İttifaqının hesabatlarının birində Azərbaycan son 5 ildə İKT sahəsində 10 ən dinamik inkişaf edən ölkələrdən biri kimi qeyd olunub.

Azərbaycanın İKT sektoruna böyük önəm verməsini ölkəmizdə bu sahə ilə bağlı keçirilən müxtəlif beynəlxalq tədbir və sərgilər də aydın nümayiş etdirir. Elə bu günlərdə Bakıda XVI Beynəlxalq telekommunikasiya informasiya texnologiyaları sərgisi keçirildi. Noyabrın 23-dən 26-dək keçirilən sərginin açılışında Prezident İlham Əliyeviştirak etmişdir. Sərgiyə dünyanın 15 ölkəsindən 115 şirkət qatılmışdır.

Sərgiyə dünyanın müxtəlif media orqanları tərəfindənxüsusi diqqət yetirildibu diqqət hələdavam etməkdədir. Türkiyənin "Bilgi toplumu texnologiyaları" qəzetində bununla bağlı "Xəzərdən doğan günəş" adlı məqalə dərc edilib. Məqalədə yazılır: "Azərbaycanda olarkən ölkənin texnologiya sahəsində öz əhəmiyyəti ilə seçilən "BakuTel-2010" sərgisini ziyarət etdik. Burada həm də ölkədə informasiya sektorunun dinamik inkişafı ilə yerində tanış olduq. Bildirmək lazımdır, Bakıda olarkən gözlədiyimizdən daha çox inkişaf etmiş bir şəhərlə qarşılaşdıq. Azərbaycanın iqtisadi yüksəlişini Bakı şəhərində görə bilirik. Xəzər bölgəsinin hazırda iqtisadi baxımdan ən əhəmiyyətli ölkəsi Azərbaycandır. Əhalisi 9 milyonu aşan ölkə son 5 ildə böyük inkişaf yolu keçib. Ölkədə üç sektor önə çıxır: tikinti, avtomobil enerji. Bakı şəhərinə baxdığımızda Bakının bölgənin Dubayı olmaq yolunda olduğunu şəhərin hər tərəfini əhatə edən tikintidə anlaya bilirik.

Azərbaycanda dövlət çox güclüdür. Dövlət və bələdiyyə xaricində böyük holdinqlər varkiçik sahibkarlar iqtisadiyyatın digər önəmli bir hissəsini təşkil edir".

Qəzet daha sonra yazır ki, sürətli inkişaf, dəyişmə Azərbaycanda reallıqda görülən işlərlə təsdiqini tapıb: "2004-cü ildən bu yana ölkədə fəaliyyət göstərən "Uyumsoft"un baş direktoru Məmməd Öndər bu vəziyyəti belə anladır: "Elə sürətli dəyişmə var ki, iki ayda bir bu ölkəyə gəldiyinizdə hava limanından şəhərə gələrkən dəyişməni hiss edirsiniz". "Oracle" şirkətinin Orta Asiya Türkiyə bölgəsinin sədr müavini Gürhan Kalelioğlu isə qeyd edir: "Bakının həm kommersiya, həm mədəni dəyişməsi var". Ölkədə informasiya bazarında ən böyük alıcı cəmiyyətdir. Holdinqlər də ciddi şəkildə informasiya-kommunikasiya texnologiyalarına investisiyalar yatırırlar. Türk şirkətlərinə baxış isə optimist, amma təmkinlidir. "Azercell" şirkətinin rəhbəri Əli Ağan bildirir ki, Azərbaycan pillələri çox sürətli çıxır. "Azercell" Azərbaycanın ən öndə gələn şirkətlərindəndir. O, Azərbaycanın potensialının çox böyük olduğunu düşünür. Bununla bağlı qeyd edir: "Azərbaycanın bu bölgədə çalışmağın ən rahat olduğu ölkə olmasını deyə bilərəm. Azərbaycanda əhali baxımından da potensial böyükdür. Gənclər texnologiyaya meyillidir. Sahibkarlıq böyüyərək güclənir. Mobil internet istifadəsi çox sürətlə irəliləyir. Xaricə sərmayə yatırmaq istəyən investorlar, o cümlədən Türkiyə adamları üçün Azərbaycan çox doğru bir seçim olacaq".

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 7 dekabr.- S. 2.