Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Gürcüstan Həmkarlar İttifaqları Birliyi arasında Anlaşma Memorandumu imzalanmışdır

 

 

Dekabrın 7-də Bakıda keçirilən "Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsi: əldə olunan nailiyyətlər inkişaf perspektivləri" mövzusunda seminar çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Gürcüstan Həmkarlar İttifaqları Birliyi (GHİB) arasında Anlaşma Memorandumu imzalanmışdır.

AzərTAc xəbər verir ki, tədbirdə Beynəlxalq Əmək Təşkilatının (BƏT), AHİK-in, GHİB-in, Azərbaycan Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Dövlət Miqrasiya Xidmətinin (DMX) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının (ASK) nümayəndələri iştirak etmişlər.

Seminar iştirakçılarını salamlayan AHİK sədri, Milli Məclisin deputatı S.Mehbalıyev bildirmişdir ki, bu tədbir BƏT-in "Rusiya Federasiyasında işçi miqrantların müdafiəsinin gücləndirilməsi Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması (2010-2011)" layihəsi çərçivəsində təşkil edilmişdir.

S.Mehbalıyev müzakirəyə çıxarılan məsələnin aktuallığını vurğulamış, son dövrlər Azərbaycanda bu sahədə görülmüş işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, layihə çərçivəsində AHİK üzvü olan təşkilatlarda müzakirələr aparılmış, treninqlər keçirilmiş, vəzifələr müəyyənləşdirilmişdir. Miqrasiya siyasətinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolunu gücləndirmək məqsədilə AHİK nəzdində ictimai əsaslarla fəaliyyət göstərən İnformasiya Resurs Mərkəzi yaradılmış, "qaynar xətt" açılmışdır. Eyni zamanda, AHİK-in əməkdaşları Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının mövzu ilə bağlı müxtəlif ölkələrdə keçirdikləri tədbirlərdə iştirak etmiş, həmkarlar ittifaqlarının mövqeyini iştirakçılara çatdırmışlar. Hazırda bu sahədə işlər davam etdirilir.

S.Mehbalıyev bildirmişdir ki, bu sahədə qonşu ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi işçilərin hüquqlarının müdafiəsi üçün önəmli addım olacaqdır.

Qeyd edilmişdir ki, həmkarlar ittifaqlarının əmək miqrasiyası sahəsindəki fəaliyyəti imkanları barədə əməkçi miqrantlar məlumatlandırılmalı onların həmkarlar ittifaqı üzvlüyünə nail olunmalıdır. Bu istiqamətdə AHİK onun üzv təşkilatları bütün təşkilati işləri aparmaq iqtidarındadır.

Seminarda çıxış edən digər natiqlər - GHİB-nin sədri İrakli Petriaşvili, DMX rəisinin müavini Pərviz Musayev, ASK prezidenti Məmməd Musayev, BƏT-in baş texniki müşaviri Sandra Vermujten, ƏƏSM-in nümayəndəsi Rauf Tağıyev mövzu ilə bağlı təmsil etdikləri qurumlar tərəfindən görülmüş işlər barədə məlumat vermişlər. Seminarın əmək miqrasiyası ilə bağlı problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağı qeyd edilmişdir.

Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Gürcüstan Həmkarlar İttifaqları Birliyi (GHİB) arasında Anlaşma Memorandumunu AHİK tərəfdən təşkilatın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev GHİB tərəfdən qurumun sədri İrakli Petriaşvili imzalamışlar.

Seminarda "Azərbaycan miqrasiya inkişaf", "Gender aspektli əmək miqrasiyası siyasətinin formalaşdırılması" mövzularında təqdimatlar keçirilmiş, müzakirələr aparılmışdır.

 

Azərbaycan.- 2010.- 8 dekabr.- S.5.