Rabitə və
informasiya texnologiyaları sahəsi
işçilərinin peşə bayramı qeyd
edilmişdir
Dekabrın
6-da Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyində rabitə və informasiya
texnologiyaları sahəsi işçilərinin peşə
bayramına həsr edilmiş mərasim keçirilmişdir.
Nazirliyin,
eləcə də RİTN-in birlik və müəssisələrinin əməkdaşları,
dövlət strukturlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin
iştirak etdiyi tədbirdə
Azərbaycanda rabitə sektorunun
yaranması, bu sahənin tarixi
və inkişaf mərhələləri
haqqında danışılmışdır.
Mərasim çərçivəsində,
həmçinin rabitə və informasiya
texnologiyaları sahəsinin işçilərinə fəxri
adların verilməsi, eləcə də RİTN və Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən elan
olunmuş "İKT-nin mediada rolu" müsabiqəsi qaliblərinin
mükafatlandırılması keçirilmişdir.
Müsabiqədə qalib olmuş
jurnalistlərə diplomlar və hədiyyələr
təqdim edilmişdir.
Fondun icraçı direktoru
Vüqar Səfərli kütləvi informasiya vasitələrinin adından sahə
işçilərini peşə bayramı münasibətilə
təbrik etmiş və gələcək
fəaliyyətlərində uğurlar
arzulamışdır.
Tədbirdə,
həmçinin Yeni Azərbaycan
Partiyasına üzv qəbul olunmuş RİTN əməkdaşlarına vəsiqələr
təqdim edilmişdir.
Mərasimdə
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
çıxış edərək son illər
ölkədə informasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsində əldə olunmuş nailiyyətləri diqqətə
çatdırmışdır. Bildirmişdir
ki, Azərbaycanda rabitə və İKT sektorunun sürətli inkişafı ümummilli lider Heydər
Əliyevin kursunu uğurla
davam etdirən Prezident
İlham Əliyevin diqqəti və
qayğısı nəticəsində əldə olunmuşdur. Rabitə və informasiya
texnologiyaları sahəsi işçilərinin peşə
bayramı günü də məhz
dövlətimizin başçısı İlham
Əliyevin 2006-cı il 2 dekabr
tarixli sərəncamı ilə təsis olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 7 dekabr.- S.5.