Azərbaycanın
dəniz nəqliyyatı sahəsindəki uğurları beynəlxalq
miqyasda tanınır
2010-cu il noyabrın
20-dən dekabrın 2-dək London şəhərində
Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi
Komitəsinin 88-ci sessiyasının iclası keçirilmişdir.
168 üzv dövlətin və müxtəlif
beynəlxalq təşkilatların iştirak
etdiyi sessiyada Azərbaycan
Respublikasını Dövlət Dəniz
Administrasiyasının rəisi Qüdrət Qurbanovun
rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Sessiya
zamanı Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərdə dəniz nəqliyyatı
sahəsinə dair beynəlxalq
konvensiyaların tələblərinə əməl
olunması səviyyəsinin yoxlanılması məqsədilə
icbari audit
yoxlamalarının keçirilməsi, dəniz ətraf mühitinin qorunması, həyata keçirilən
axtarış
və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi,
son dövrlərdə beynəlxalq
ictimaiyyəti dərindən narahat edən
dəniz quldurluğu hallarının
qarşısının alınması, bu
istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən
hərbi qüvvələrin səfərbər edilməsi
ilə bağlı görülmüş
işlər, təsnifat cəmiyyətlərinin fəaliyyətinə
nəzarət mexanizminin gücləndirilməsi
metodları barədə müzakirələr
aparılmışdır.
Dəniz Təhlükəsizliyi Komitəsinin
sessiyasının keçirildiyi dövr ərzində Dövlət Dəniz
Administrasiyasının rəisi Qüdrət Qurbanovun
dəniz nəqliyyatı sahəsində qabaqcıl dünya dövlətlərinin dəniz
administrasiyalarının başçıları ilə
görüşləri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa
diqqət və qayğısı ilə iqtisadiyyatın digər
sahələri ilə yanaşı, dəniz nəqliyyatı
sahəsində respublikada görülmüş
işlər barədə müfəssəl məlumat verilmiş, habelə dəniz təhlükəsizliyi
sahəsində qarşılıqlı əməkdaşlıq
məsələləri üzrə fikir
mübadiləsi aparılmışdır. Görüşlər
zamanı Azərbaycan Respublikasının Dövlət Dəniz
Administrasiyasının yaradıldığı dövrdən
keçmiş qısa müddət ərzində
əldə olunmuş nailiyyətlərin
və Azərbaycan Respublikasında dəniz nəqliyyatı
sahəsində görülmüş
işlərin müsbət qiymətləndirildiyi xarici mütəxəssislər tərəfindən
xüsusilə qeyd olunmuşdur.
Həmçinin nümayəndə heyəti
tərəfindən Azərbaycan Respublikası Uzaq
Məsafədən Tanınma və İzləmə
(UMTİ/LRİT) Milli Mərkəzinin fəaliyyətinin
təmin edilməsi üçün ən
son tələblərə cavab
verən avadanlıqların alınaraq respublikamıza gətirilməsi
və
qısa müddətdə tamamlama işləri
başa çatdıqdan sonra
adıçəkilən Milli Mərkəzin
tam fəaliyyətə
başlayacağı barədə Dəniz Təhlükəsizliyi
Komitəsinə və üzv dövlətlərə
geniş məlumat verilmişdir.
Komitənin iclasında son
vaxtlar beynəlxalq ictimaiyyəti dərindən
narahat edən dəniz quldurluğu
hallarının qarşısının alınması, bu istiqamətdə beynəlxalq təşkilatlar
tərəfindən hərbi qüvvələrin səfərbər
edilməsi ilə görülmüş
işlər və
həyata keçirilən tədbirlər barədə Beynəlxalq
Dəniz Təşkilatının baş katibi, admiral Eftimios Mitropoulosun geniş nitqi dinlənilmişdir.
Dəniz Təhlükəsizliyi Komitəsinin
88-ci sessiyasının sonuncu günü gələn il
üçün komitənin sədrinin
seçilməsi məsələsi səsə qoyulmuş və Neil Ferrer yekdilliklə Dəniz Təhlükəsizliyi
Komitəsinin sədri seçilmişdir.
Azərbaycan.-2010.-7 dekabr.- S. 5.