Milli Kitabxanada Sabit Rəhmanın 100 illik yubileyi qeyd olunacaqdır

 

Dekabrın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli yazıçı-dramaturq Sabit Rəhmanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir çərçivəsində Sabit Rəhmanın kitablarından, tərcümə etdiyi əsərlərdən və ədibin həyat və yaradıcılığını əks etdirən nəşrlərdən ibarət sərgi nümayiş etdiriləcəkdir.

 

Azərbaycan.- 2010.- 7 dekabr.- S. 8.