Heç kəsin razı qalmadığı zirvə görüşü

 

ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi diqqət mərkəzində oldu

 

Dünyanın siyasi gündəmində ən çox diqqət cəlb edən məsələlərdən biri dekabrın 1-2-də Qazaxıstanın paytaxtı Astanada keçirilən ATƏT-in VII sammiti oldu. ATƏT-ə üzv və tərəfdaş ölkələrin axırıncı zirvə görüşü düz 11 il əvvəl İstanbulda baş tutmuşdu. O vaxtdan indiyə kimi yeni zirvə görüşünün keçirilməməsi ATƏT-in özündə də müəyyən narahatlıqlara yol açmışdı. Nəhayət, qədim türk ellərindən birində ümumilikdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə ATƏT-in sayca VII sammiti baş tutdu. Sammitin gedişi, bu çərçivədə keçirilən görüşlər və aparılan danışıqlar zirvə görüşünün ümumi nəticələrinin Azərbaycan üçün uğurlu olduğunu göstərdi.

 

Beynəlxalq birliyin

diqqəti yenidən erməni vəhşiliklərinə yönəldi

 

ATƏT-ə üzv və tərəfdaş ölkələrinin diqqəti bir daha Azərbaycan ərazilərinin işğalına, bundan doğanümumi regionda da təhlükəsizliyə hədə yaradan mənfi fəsadlara yönəldi. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sammitdə etdiyi çıxış Ermənistana növbəti və kifayət qədər ciddi diplomatik zərbə olmaqla yanaşı, işğalçı ölkənin həyata keçirdiyi təcavüz siyasətinin mahiyyətinin yenidən dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Beynəlxalq birlik Ermənistanın işğal zamanı hansı vəhşətləyol verməsi, törətdiyi soyqırımları, etnik təmizləmələr barədə bir daha məlumatlandırıldı. Azərbaycan Prezidentinin çıxışı ilə ermənilərin təcavüz siyasəti həyata keçirərkən hətta məsum uşaqlara qarşı belə qəddar və amansız hərəkətləri dünyanın bir çox dövlət və hökumət başçılarına növbəti dəfə agah oldu: "Ermənistan ilə Azərbaycan arasında hazırkı silahlı münaqişə beynəlxalq və regional sülh və sabitliyə əsas təhdid olaraq qalır. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlədən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Ermənistan şəhər və kəndlərimizi, evlərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı olduğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Xocalının günahsız qurbanları arasında 100-dən artıq uşaq olmuşdur".

Prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağın Azərbaycanın tarixi hissəsi olduğunubunun beynəlxalq səviyyədə tanındığını da diqqətə çatdıraraq Ermənistanın münaqişənin sülh yolu ilə həllinə maneələr yaratdığını, qeyri-konstruktiv mövqe tutduğunu da bildirib. Halbuki Azərbaycan təcavüzkar dövlətdən fərqli olaraq problemin sülh yolu ilə həllinə sadiqdir və Dağlıq Qarabağ münaqişəsinin məhz bu müstəvidə çözümünün tərəfdarıdır. Azərbaycan tərəfi onu da birmənalı şəkildə bəyan edir ki, münaqişənin sülh yolu ilə həlli yalnız və yalnız beynəlxalq hüququn norma və prinsiplərinin gözlənilməsi ilə reallaşmalı, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır. Lakin qeyri-konstruktiv mövqe nümayiş etdirməklə Ermənistan münaqişənin dinc yolla həllini uzatmaq və beləliklə, aparılan danışıqları lüzumsuz bir prosesə çevirmək istəyir. Həmçinin təcavüzkar tərəf qeyri-qanuni olaraq mülki şəxsləri Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirir, vəziyyəti dönməz və sülh prosesini mənasız etməyə çalışır. Bütün bunlar bir daha təsdiq edir ki, əslində Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözümündə maraqlı deyil. Məhz elə bu da Azərbaycanı ərazi bütövlüyünü bərpa etmək üçün digər variantlara əl atmaq məcburiyyətində qoyur. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkünlüyünə dair ümidlər tam tükənəcəyi təqdirdə Azərbaycanın problemin çözümünü başqa müstəviyə keçirməsi isə ölkəmizin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş haqqıdır.

Prezident İlham Əliyevin Astana sammitində çıxışı dünya ictimaiyyətini Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqenin mahiyyətindən və sülh prosesinə yaratdığı təhlükədən bir daha xəbərdar etdi: "Ermənistanın danışıqlar prosesindəki davranışı bizi belə qənaətə gətirir ki, Ermənistan sülh istəmir, işğal edilmiş əraziləri azad etmək fikrində deyil, sadəcə, bacardığı qədər status-kvonu saxlamaq və danışıqlar prosesini müddətsiz etməyi arzulayır".

 

Minsk qrupu münaqişənin ədalətli həllinə nail olmasa, Azərbaycan torpaqlarını öz gücü ilə azad

etməyə məcburdur

 

Ermənistandan fərqli olaraq Azərbaycan danışıqları davam etdirməyə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan həll variantına hazır olduğunu ən yüksək səviyyədə bəyan edir. Prezident İlham Əliyevin sammitdə böyük diqqətlə dinlənilən çıxışı həm benyəlxalq birliyə, həm də işğalçı Ermənistana Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez bir zamanda həllinin vacibliyinə dair ciddi mesaj oldu. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, sammitdə çıxışı ilə yanaşı, Azərbaycan Prezidenti zirvə görüşü çərçivəsində müxtəlif dövlətlərin başçıları, nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirdi. Bu görüşlərdə ikitərəfli əlaqələr, onların inkişafı müzakirə olunmaqla yanaşı, diqqət bir daha Dağlıq Qarabağ münaqişəsinə yönəldildi. Elə bu da sözügedən münaqişəyə, onun həlli prosesinin tezləşdirilməsinin vacibliyinə yönəlmiş beynəlxalq diqqətin daha da yüksəlməsində özünəməxsus mühüm rol oynadı.

Astana sammitindən sonra həm dünya ictimaiyyəti, həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Ermənistana təzyiqləri artırmağın vacibliyinə bir daha əmin oldular. Əks təqdirdə, Azərbaycanın ərazi bütövlüynünün bərpası məqsədilə digər variantlardan istifadə hüququndan yararlanmasına beynəlxalq birlik hazır olmalıdır. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu məqam barədə danışarkən bildirmişdir: "Astana sammitindən sonra ATƏT-in Minsk qrupunun fəallığını artıracağını düşünürük. Zənn edirik ki, Minsk qrupu münaqişənin ədalətli həllinə nail olacaqdır. Bu, baş verməsə, Azərbaycan torpaqlarını öz gücü ilə azad etməyə məcbur olacaqdır. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın səbrinin bir həddi vardır. Bir daha təkrar edirəm, Ermənistan konstruktivlik nümayiş etdirməsə, Azərbaycan müstəqil dövlət olaraq işğal altındakı torpaqlarını beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində azad etmək iradəsini ortaya qoyacaqdır".

 

Ermənistanın qeyri-konstruktiv addımlar atmaq imkanı məhdudlaşdırılır

 

ATƏT-in VII sammitinin ən mühüm və kifayət qədər diqqət cəlb edən cəhətlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 3+2 formatında qəbul edilən bəyanat oldu. Bu bəyanat Ermənistan üçün növbəti diplomatik məğlubiyyət olmaqla yanaşı, indiki məqamda münaqişənin həlli üzrə səylərin daha da artırıldığını göstərir. Eyni zamanda, Ermənistan bir daha işğalçı ölkə olaraq təsbit edilir. Belə ki, bəyanat Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını da nəzərdə tutur. Çünki bu bəyanatın istinad etdiyi sənədlərin bəndlərindən biri Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından ibarətdir. Söhbət ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, RusiyaFransa prezidentlərinin cari il iyunun 25-26-da "Böyük səkkizliyin" Kanadanın Muskoka şəhərində keçirilən 36-cı zirvə toplantısı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdikləri birgə bəyanatdan gedir. Həmin bəyanatın mahiyyəti bir daha təsdiq edir ki, həmsədr ölkələrin dövlət başçıları münaqişənin mərhələli şəkildə həllinə tərəfdardırlar. Buna nail olmaq üçün onlar, ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin geriyə qaytarılmasını əsas şərt və baza prinsiplərindən biri kimi irəli sürürlər.

Astana sammitində də qəbul edilən bəyanatda Muskoka sənədinə istinad edilməsi həmsədrlərin bu mövqedə qaldıqlarını bir daha bariz şəkildə nümayiş etdirir. Astana sammitində Minsk qrupunun həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatında o da vurğulanr ki, sənədə imza atan tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş daha qətiyyətli tədbirlər görməyin vaxtının çatması barədə razılığa gəldilər: "Bununla əlaqədar onlar Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentlərinin 2 noyabr 2008-ci il tarixli (Moskva) və 27 oktyabr 2010-cu il tarixli (Həştərxan) bəyanatlarına istinad etdilər. Onlar razılaşdılar ki, danışıqlar yolu ilə dinc tənzimləmə regionda sabitliyi və xalqların təhlükəsizliyini təmin edər və onların arasında barışığa nail olmaq üçün yeganə imkan sayılar. Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsipləri və normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də prezidentlər D.Medvedev, N.Sarkozi və B.Obamanın 2009-cu il iyulun 10-da Akvilldə və 2010-cu il iyunun 26-da Muskokada verdikləri bəyanatlar əsasında qəti tənzimləməyə çalışmaq öhdəliklərini təsdiq etdilər".

Bununla yanaşı, bəyanatda göstərilir ki, üç həmsədr ölkə dinc tənzimləməyə nail olmaq üçün zəruri qərarlar qəbul edən Azərbaycan və Ermənistan prezidentlərini dəstəklədiklərini bildirdilər: "Onlar Ermənistan və Azərbaycan rəhbərlərini səylərini Əsas Prinsiplərdə hələ qalan mübahisəli məsələlərin həlli üzərində yeni qüvvə ilə cəmləşdirməyə çağırdılar və öz həmsədrlərinə münaqişə tərəflərinin bu səylərini həyata keçirmələrinə kömək etmək üçün onlarla işi davam etdirməyi tapşırdılar. Onlar danışıqların keçdiyi atmosferi yaxşılaşdırmaq üçün tərəflərə müraciətlə onları atəşkəs rejiminin möhkəmlənməsinə və bütün sahələrdə etimad tədbirlərinin həyata keçirilməsinə yönəlmiş əlavə addımlar atmağa çağırdılar".

Beləliklə, bəyanatın mahiyyəti göstərir ki, bu sənəd münaqişənin dinc yolla həllində Ermənistanın qeyri-konstruktivdestruktiv addımlar atması imkanlarını məhdudlaşdırmağa yönəlib. Eyni zamanda, bəyanat münaqişənin güc tətbiq olunmadan, beynəlxalq hüquq normaları çərçivəsində, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının qaydalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və bu prosesdən sonra qəbul olunan digər sənədlərə əməl olunması əsasında nizamlanmasını nəzərdə tutur. Bu isə ilk növbədə, ərazi bütövlüyü məsələsini özündə ehtiva etdiyindən Azərbaycanın maraqlarına cavab verir.

 

Azərbaycanın istəyi ilə verilən əlavə bəyanat ölkəmizin hüquqi mövqeyini daha da gücləndirir

 

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da Dağlıq Qarabağ münaqişəsi kontekstində Astana sammitini yüksək qiymətləndirir: "ATƏT-in Astana sammiti çərçivəsində münaqişələrin həlli ilə bağlı prinsipial səviyyədə müvafiq bəyanatların səslənməsinə nail olmuşuq". Onun sözlərinə görə, Astana sammitinin yekun sənədində münaqişələrin nizamlanmasının əsas prinsipləri əks olunmayıb, lakin sammit çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən xüsusi bəyanat verilib ki, burada da Helsinki Yekun Aktının prinsipləri əks olunub.

Araz Əzimov bu bəyanatın Azərbaycanın xeyrinə olduğunu bildirib: "Bəzi dövlətlərin tutduğu mövqe sammitin sənədlərində münaqişələrin həllinin kökündə duran əsas prinsiplərin təsbit olunmasına imkan vermədi. Çünki ATƏT konsensus əsasında fəaliyyət göstərən təşkilatdır və biz əsas məqsədimizə nail olmaq üçün bütün addımlarımızı atmışıq. Amma münaqişələrə dair ümumi, lakin prinsipial səviyyə daşıyan müvafiq bəyanatlara nail olmuşuq. Bundan başqa, Azərbaycanın xahişi ilə Qazaxıstanın xarici işlər naziri ATƏT-in sədri qismində sammitin yekununda əlavə bəyanat verib ki, bu bəyanat da sammitin rəsmi sənədi kimi qəbul olunur. Bəyanat həlli uzadılmış münaqişələrin nizamlanması prinsipləri ilə bağlıdır. Burada münaqişələrin həlli üçün əsas götürülən prinsiplər sadalanıb və təsdiqlənib ki, bu prinsiplər 1975-ci ildə necə vacibhüquqi qüvvəyə malikdirsə, 2010-cu ildə də eyni qüvvəyə malikdir. Bütün bu prinsiplər bir-biri ilə bağlıdır və eyni şəkildə yerinə yetirilməlidir. Bu bəyanat bizim maraqlarımıza uyğun gəlir, çünki öncə münaqişənin həlli üçün təklif etdiyimiz əsas prinsiplər ondan ibarətdir ki, Azərbaycan ölkənin ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verəcək modelin işlənməsinə razılıq veribHelsinki Yekun Aktında qeyd olunduğu kimi, müqəddəratı təyinetmə hüququ ərazi bütövlüyü prinsipini pozmadan, onunla harmoniya şəklində həyata keçirilməlidir".

Araz Əzimov onu da qeyd edib ki, 1999-cu ildən sonra ATƏT-in sammitinin keçirilməməsinin əsas səbəbi Avratlantik məkanda əsas güc mərkəzləri arasında ziddiyyətlərin və siyasi narazılıqların mövcudluğu olub: "Bu narazılıqlar səbəbindən ATƏT-də ümumi gündəliklə bağlı konsensus əldə olunmurdu. Beləliklə, 1999-cu ildən keçən 11 il ərzində yeni mövzularyeni istiqamətlər axtarılırdı. 1975-ci ildə yaranandaha sonra bir prosesdə təşkilata çevrilən ATƏT strukturu 35 il ərzində bir inkişafda olan prosesin başlanğıcında duran əsas iki qüvvə arasında əlaqələr qurub. 1975-ci ildə əsas sənəd kimi qəbul olunan Helsinki Yekun Aktı özündə bir çox məqamları ehtiva edir. Amma diqqəti daha çox cəlb edən "dekaloq" adlandırılan prinsiplər toplusudur. Bu prinsiplərin mahiyyəti dövlətlər arasında əlaqələrin tənzimlənməsini və bu əlaqələrin hansı meyarlar əsasında müəyyənləşdirilməsini nəzərdə tutur".

 

Akvill, MuskokaAstana bəyanatları Azərbaycanın

maraqlarına cavab verir

 

Astanada verilən bəyanatda istinad olunan AkvillMuskoka sənədləri Azərbaycan və bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacib əhəmiyyətə malikdir.

Xatırlatmaq yerinə düşər ki, 2009-cu il iyulun 10-da ABŞ, RusiyaFransa prezidentlərinin "Böyük səkkizlik"lərin İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzaladıqları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda həmsədrlərə, Azərbaycanın və Ermənistanın dövlət başçılarına baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid prinsipləri üzrə yeni versiyanın təqdim edilməsi tapşırılmışdı. Məhz elə bundan sonra yeniləşmiş Madrid prinsipləri meydana çıxdı və həmin prinsiplər Dağlıq Qarabağ münaqişəsinin həllini bir daha mərhələlərlə həyata keçirilməsini özündə ehtiva etdi. Həmin mərhələlərə əsasən, ilk olaraq Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlar azad edilməli, kommunikasiyalar açılmalı, bərpa işləri həyata keçirilməli, qaçqınlar və məcburi köçkünlər öz evlərinə qayıtmalı, əhalinin təklükəsizliyini təmin etmək üçün sülhməramlı qüvvələr yerləşdirilməli, Dağlıq Qarabağa aralıq statusu verilməli və nəhayət, tərəflər arasında etibarın bərpa olunmasından sonra dinc şəraitdə qanunvericiliyə uyğun olaraq Dağlıq Qarabağın son statusu müəyyən olunmalıdır. Qeyd edilən məqamlar ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdikləri Muskoka bəyanatında da ehtiva olundu. Muskoka bəyanatında bir daha təsdiq edildi ki, həmsədr ölkələrin dövlət başçıları münaqişənin mərhələli şəkildə həllinə tərəfdardırlar. Buna nail olmaq üçün onlar, ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin geriyə qaytarılmasını əsas şərt və baza prinsiplərindən biri kimi irəli sürürlər. Sonra Dağlıq Qarabağın təhlükəsizliyini və özünüidarəçiliyini təmin edən keçid statusunun təyini, bütün qaçqınların və məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması hüququnun tanınması və reallaşdırılması kimi baza prinsipləri sayılan məsələlərin həllini tapmasının vacibliyi bildirilir. Bu vacib məsələlərin həllinin ardınca müəyyən zaman çərçivəsində Dağlıq Qarabağın gələcək yekun statusunun müəyyənləşdirilməsinin mümkünlüyü göstərilir. Proseslərin bu səpkidə inkişafı Azərbaycanın maraqlarına cavab verməklə yanaşı, rəsmi Bakının qəbul etdiyi və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini nəzərdə tutan yeniləşmiş Madrid prinsiplərinə də uyğundur. Xatırladaq ki, Azərbaycan yeniləşmiş Madrid prinsiplərini qəbul etdiyini açıqlasa da, Ermənistan bu sənədə konkret mövqe bildirməkdən imtina edir, bununla da qeyri-konstruktiv mövqeyini bir daha meydana qoymuş olur. Ancaq Astana sammitində 3+2 formatında qəbul edilmiş yeni bəyanat Ermənistanın manevr imkanlarını azaldır.

 

Ermənistanda Azərbaycanın diplomatik qələbəsi açıq etiraf olunur

 

İndi Ermənistanda belə bir fikir hakimdir ki, diplomatik sferada Ermənistan daha da küncə sıxışdırılmış bir vəziyyətdədir. Ermənistan Milli Konqresinin təmsilçisi Vladimir Karapetyan ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş bəyanatı şərh edərkən bildirir: "Bu sənəd Minsk qrupuna həmsədrlik edən ölkə başçılarının 2010-cu il iyunun 26-da Muskokada qəbul etdiyi bəyanata əsaslanır. Orada isə Dağlıq Qarabağ ətrafındakı rayonlar işğal edilmiş ərazilər kimi göstərilib. Sarkisyan bu bəyanatı imzalayıb, bununla da Muskoka sənədini ratifikasiya edib. Orada torpaqların Azərbaycana qaytarılmasına dair konkret bənd var. İndi Avropa Parlamentinin, AŞ PA, NATO, Xəzər hövzəsi ölkələri sammiti digərləri Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür".

Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyanın sözlərinə görə isə Serj Sarkisyan küncə sıxışdırılıb indi o, pis variantların içindən daha yüngülünü seçmək məcburiyyətindədir: "Sarkisyanın legitimliyi beynəlxalq ictimaiyyətin dəstəyi ilə saxlanılır. Daxildə bu legitimlik yoxdur. Bu üzdən beynəlxalq dəstəyin itirilməsi Sarkisyan üçün fəlakət olacaq". Rəsmi Yerevana beynəlxalq təzyiqlərin artdığını bildirən Levon Zurabyan Dağlıq Qarabağ münaqişəsinin hazırkı həll planının Azərbaycanın lehinə olduğunu etiraf edir. Ermənistanın "İrs" partiyasının lideri Raffi Ovannisyan isə Sarkisyanın Astana çıxışını tənqid edib: "O, çox inamsız danışırdı cığal uşaqları xatırladırdı. Radikal danışmaq deyil, inandırıcı danışmaq lazım idi. Arqumentlər zəif idi, bu isə ona əsas verdi ki, Sarkisyan danışanda zaldakılar əsnəsinlər".

Bütün bunlar bir daha diplomatik cəbhədə Ermənistanın məğlubiyyətini göstərir münaqişənin həlli istiqamətində Azərbaycanın qazandığı uğurların miqyasının genişləndiyini təsdiq edir.

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 5 dekabr.- S. 2.