Azərbaycan bu il 143 ölkə ilə
ticarət əlaqələri saxlayıb
Dövlət Statistika Komitəsi məlumat verib ki, 2010-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan 143 ölkə ilə 22,5 milyard dollar məbləğində idxal-ixrac əməliyyatları aparıb.
Xarici ticarət dövriyyəsinin 17,4 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,1 milyard dollarını ölkəmizə gətirilmiş məhsullar təşkil edib. Keçən ilin 10 ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 36,2 faiz, o cümlədən ixrac 50,2, idxal 3,6 faiz artıb. Bu ilin əvvəlindən ixracın idxalı 3,4 dəfə üstələməsi nəticəsində 12,3 milyard dollarlıq müsbət saldo yaranıb.
İdxal-ixrac əməliyyatlarının 57,2 faizi
Avropa, 32,2 faizi Asiya, 9,3 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,2 faizi isə Okeaniyanın payına düşüb. Ölkəmizin əsas ticarət
partnyorları İtaliya, Fransa,
İsrail, ABŞ, Rusiya,
Ukrayna, İndoneziya,
Türkiyə və bir sıra başqa dövlətlərdir.
Azərbaycan.- 2010.- 5 dekabr.- S. 1.