Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə

 

Hörmətli Dmitri Anatolyeviç!

2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi hüququnun əldə edilməsi münasibətilə Sizi bütün Rusiya xalqını ürəkdən təbrik edirəm.

Şadam ki, Rusiya yenidən dünya idman ictimaiyyətinin cazibə mərkəzinə çevrilmişdir. Rusiyanın bu qədər çətin mübarizədə qələbəsi onun dünya birliyinə uğurlu inteqrasiyasını, Rusiya idmanının danılmaz xidmətlərinin etiraf olunmasını təsdiq etdi.

Əminəm ki, 2018-ci ilin futbol üzrə dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları üçün, milyonlarla azarkeş üçün həqiqətən, unudulmaz idman bayramı olacaqdır.

Hörmətli Dmitri Anatolyeviç, Sizə, çempionatın Təşkilat Komitəsinə, Rusiyanın bütün idman ictimaiyyətinə dünya çempionatının hazırlanmasında keçirilməsində nailiyyətlər, rusiyalı futbolçulara uğurlar parlaq qələbələr arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 dekabr 2010-cu il

Azərbaycan.- 2010.- 4 dekabr.- S.1.