Tailandın Kralı Əlahəzrət Bhumibol Adulyadejə

 

Əlahəzrət!

Tailandın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 noyabr 2010-cu il

 

 

Azərbaycan.- 2010.- 5 dekabr.- S. 1.