Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan Qurban bayramları haqqında qərar qəbul etmişdir

 

Dekabrın 3-də Azərbaycan Respublikasının Nazirlər Kabineti "2011-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul etmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2011-ci ildə 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 30, 31 avqust - Ramazan bayramı, 6, 7 noyabr - Qurban bayramı elan edilmişdir.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər günü hesab edilmir. Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.

 

Azərbaycan.- 2010.- 4 dekabr.- S.1.