Moskvada "Tahir Salahovun Şərqi musiqi interyerində" adlı sərgisi açılmışdır

 

Moskvadakı M.İ.Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin iştirakı ilə "Tahir Salahovun Şərqi musiqi interyerində" adlı sərgi açılmışdır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin təqdimat mərasimində çıxışında Tahir Salahov yaradıcılığının təkrarolunmazlığını, onun Azərbaycan və dünya təsviri sənətinə töhfəsini vurğulayaraq bildirmişdir ki, sərginin mövzusu təsadüfən seçilməmişdir. Hamıya yaxşı məlumdur ki, Tahir Salahov yaradıcılığında portret janrı xüsusi yer tutur. Onun ən məşhur əsərləri arasında musiqi korifeyləri Qara Qarayevin, Fikrət Əmirovun, Dmitri Şostakoviçin, Mstislav Rostropoviçin və başqalarının portretləri vardır. Böyük rəssamın bu əsərlərinə ikinci həyat verilmişdir. Moskva sərgisində bu əsərlər xalçalarda toxunmuş şəkildə təqdim edilmişdir.

 

Azərbaycan.- 2010.- 7 dekabr.- S. 8.