Bakıda Özbəkistanın ilk milli sərgisi açılmışdır

 

 

Dekabrın 3-də Bakı Sərgi Mərkəzində Özbəkistan Respublikasının ilk milli sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov çıxış edərək xalqlarımız arasında dostluq qardaşlıq əlaqələrindən danışaraq bildirmişdir ki, ölkələrimizdə keçirilən milli sərgilər prezidentlər İlham Əliyev İslam Kərimovun təşəbbüsü tapşırığı ilə təşkil edilir. Bu milli sərgilərin Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əməkdaşlığın artmasına təkan verəcəyini söyləyən Y.Eyyubov hazırkı ticarət dövriyyəsinin həcminin iqtisadi potensialımıza uyğun olmadığını vurğulayaraq demişdir ki, beynəlxalq iqtisadi böhrandan uğurla çıxan ölkələrimiz belə tədbirlərdən istifadə edərək ticarət dövriyyəsini artırmalıdırlar.

Özbəkistan Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar ticarət naziri Eliyor Qəniyev bu sərgilərin, iqtisadi cəhətdən uğurla inkişaf edən ölkələrimizin sahibkarlıq subyektləri arasında uzunmüddətli əməkdaşlığın təməlini qoyduğunu söyləmişdir. Özbəkistanda keçirilən Azərbaycanın birinci milli sərgisini xatırladan E.Qəniyev sərgi çərçivəsində bir sıra müqavilələrin imzalandığını xatırlatmışdır. Ölkələrimiz arasında əlaqələrin təkcə ticarətlə məhdudlaşmayacağını qeyd edən Özbəkistan Baş nazirinin müavini digər birgə layihələrin icrasının da nəzərdə tutulduğunu qeyd etmiş, yeni sazişlərin imzalanacağına əminliyini söyləmişdir.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış olmuşlar. Maşınqayırma, tikinti-inşaat, neft-qaz, kimya, energetika, qida, geyim sənayesi şirkətlərinin, həmçinin Özbəkistan iqtisadiyyatının müxtəlif sahələrini, tarixi mədəni irsini, xalq yaradıcılığını əks etdirən üç mindən artıq məhsulun nümayiş etdirildiyi sərgi dekabrın 5-dək davam edəcəkdir.

 

Azərbaycan.- 2010.- 4 dekabr.- S.3.