Ağsuda sosial-iqtisadi layihələr uğurla icra edilir

 

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı çıxışlarının birində xüsusi vurğulamışdır ki, regionlarda işlər müsbət istiqamətdə gedir, bütün şəhərlərimiz abadlaşır, gözəlləşir, müasirləşir. Bütün görülən işlər, o cümlədən insanların işığa, qaza, içməli suya olan tələbatının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bir daha sübut edir ki, ölkədə iqtisadi sosial məsələlər uğurla həll edilir.

Abadlıq-quruculuq, tikinti-bərpa işlərinin aparılması, yeni yerlərinin açılması insanların rifahının yaxşılaşdırılması istiqamətində Ağsu rayonunda da mühüm tədbirlər görülür. Məsələn, Ağsu şəhərinin ötən əsrin altmışıncı illərində qurulmuş elektrik təsərrüfatında əsaslı yenidənqurma işləri aparılır. Elektrik xətləri SİP kabellə əvəzlənib SMART-KART tipli sayğaclar quraşdırılıb. Kənd yaşayış məntəqələrində elektrik verilişi xətlərində, o cümlədən transformator yarımstansiyalarında əsaslı təmir-bərpa işləri yerinə yetirilir. İndiyədək həyata keçirilən tədbirlər rayonun bütün elektrik təsərrüfatını tam əhatə etməsə də, elektrik enerjisinin stabil verilməsinə müəyyən zəmin yaradır. Ağsu şəhərinin təbii qaz təsərrüfatı çoxdan yaradıldığına görə hazırkı təmir-bərpa işləri, şübhəsiz ki, əhalinin artan tələbatını tam ödəməyə imkan vermir. Hələ ki təbii qaz qeyri-bərabər paylandığına görə, abonentlərin müəyyən hissəsi ondan istifadə edə bilmir.

Ancaq bütün bunlara baxmayaraq, qaz təsərrüfatı sahəsində görülən işlər çoxdur. Ağsu şəhərinin M.Müşfiq M.A.Əliyev küçələrində dairəvi qaz xəttinin birləşdirilməsi üçün 250 p/m 76 millimetrlik 500 p/m 57 millimetrlik yeni kəmər çəkilib. N.Tağızadə küçəsində 850 p/m ortatəzyiqli, T.İsmayılov küçəsində isə 76 millimetrlik 800 p/m uzunluğunda yeni qaz xəttinin çəkilişi başa çatdırılıb. Şəhərin ayrı-ayrı küçələrində Ülgüc kəndinin mövcud qaz xətlərində təmir-bərpa işləri görülüb. Şəhərdə 400-ə yaxın abonentin mənzilinə qaz sayğacı quraşdırılıb, 130-a yaxın abonentin sayğacı yenisi ilə əvəz edilib.

Ortatəzyiqli qaz kəmərinin tikintisi başa çatdıqdan sonra rayonun Çiyni, Növcü, Muradlı, Qaraqoyunlu, Hacısəmədli, Hacıqədirli, Söydəlləkli, Təklə, Dəllər, Ərəbsarvan digər dörd kəndinin təbii qaz təchizatı bərpa edilir.

Vacib məsələlərdən biri rayonun qaz təsərrüfatının "Qaz təsərrüfatında mühafizə zonaları təhlükəsizlik tədbirləri qaydaları"nın tələblərinə uyğunlaşdırılmasıdır. Bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin 23 noyabr 2009-cu il tarixli sərəncamı ilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Ağsu şəhərinə 25 km uzunluğunda içməli su kəmərinin çəkilməsi digər tədbirlərin görülməsi məqsədilə 3,7 milyon manat vəsait ayrılıb. Artıq layihə-smeta sənədləri əsasında 15 kilometr məsafədə 219 millimetrlik polad borularla kəmər çəkilib. Tikinti işləri davam etdirilir.

Kəndlərin su təchizatının yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülür. Rayonun 8 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün torpaqayırma sənədləri hazırlanıb, sutəmizləyici qurğuların quraşdırılması işlərinin icrasına başlanılıb. Bu rayonun Kəndoba kəndində başa çatdırılıb, Ağabəyli kəndində isə davam etdirilir.

Görülən işlər deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Ağsuda əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı, qaz təsərrüfatında yenidənqurma işlərinin aparılması, həmçinin içməli su təchizatının yaxşılaşdırılması, eləcə digər sosial-iqtisadi layihələrin həyata keçirilməsi sabahın uğurlarından xəbər verir.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.- 2010.- 4 dekabr.- S.4.