İnsan əməyinin nəticələri göz oxşayır

 

Regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında Qəbələ rayonu, o cümlədən Qəbələ şəhəri ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilir. Şəhərdə daxili imkanlar hesabına görülən abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Təbiətən gözəl olan bu dağlar şəhərini insan əməyi daha füsunkar edir. Bütün yenidənqurma müasirləşdirmə tədbirləri isə milli üsluba ənənəyə söykənir.

Hazırda Qəbələ şəhərinin İ.Qutqaşınlı küçəsinin 3 kilometrə yaxın hissəsində tikinti yenidənqurma işləri davam edir. Burada abadlıq işləri xüsusi zövqlə aparılır.

Qəbələ şəhərinin Zərifə Əliyeva İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində nəqliyyatın dairəvi hərəkət zolağı yenidən qurularaq genişləndirilib, ətraf sahələrə qazon səpilib, müxtəlif gül dekorativ kollar əkilib.

Küçənin cənub hissəsində İsmayıl bəy Qutqaşınlının abidə kompleksi yenidən qurulub, abidənin ərazisində müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllaşdırma işləri aparılıb, müasir tipli oturacaqlar qoyulub. Küçənin hərəkət hissəsi 4 metr genişləndirilib, kommunikasiya xətləri (400 metr qaz, 1000 metr rabitə, 300 mm-lik azbes borulardan 1600 metr uzunluğunda yeraltı suötürücü) yeniləri ilə əvəz olunaraq yeraltı izolyasiya ilə təmin olunub.

Elektrik verilişi xətlərinin küçə ətrafından kənar əraziyə köçürülməsi mərhələsi başa çatıb. Piyadaların küçəətrafı hərəkət zolaqlarında 4000 p/m sahəyə bardür düzülüb, müasir tipli 3520 kv/m tamet piltə döşənib, səkiətrafı ərazilərə 800 kvadratmetr yaşıllıq zolağı salınıb. 60 ədəd müasir işıq dirəyi basdırılaraq küçənin işıqlanma sistemi yenidən qurulub. Küçəətrafı ticarət obyektlərinin fasadlarına isə alkapon örtük çəkilib, dam örtükləri dəyişdirilərək yenisi ilə əvəz olunub.

Abadlıq işləri davam edir.

 

Azərbaycan.- 2010.- 4 dekabr.- S.4.