Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları
Şurasının iclasında
iştirak etmək üçün Moskvaya gəlmişdir
Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya gəlmişdir.
MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Vnukovo-2 hava limanında Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
AzərTAc
Azərbaycan.- 2010.- 10 dekabr.- S.1.