İsveçrə Konfederasiyasının
Prezidenti Zati-aliləri
xanım Mişelin Kalmi-Reyə
Hörmətli xanım
Prezident!
İsveçrə Konfederasiyasının Prezidenti
vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi
səmimi qəlbdən
təbrik edirəm.
Biz Azərbaycan-İsveçrə münasibətlərinə böyük
əhəmiyyət veririk. Əminəm ki, dostluq əlaqələrimiz,
çoxşaxəli əməkdaşlığımız
xalqlarımızın mənafelərinə
uyğun olaraq bundan sonra da
inkişaf edəcək
və genişlənəcəkdir.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost İsveçrə xalqının
rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 dekabr 2010-cu il
Azərbaycan.- 2010.- 10 dekabr.- S.1.