Ulu öndərin zəngin irsi milli sərvətimizdir
Yasamal rayonundakı
Heydər Əliyev Məktəb-Muzeyi
gənclərin azərbaycançılıq ruhunda tərbiyəsində
misilsiz xidmət göstərir
Müasir Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin siyasi və dövlətçilik
irsinin, həyatı və çoxşaxəli
fəaliyyətinin şagird
və tələbələr
tərəfindən dərindən
öyrənilməsi məqsədilə
Yasamal rayonundakı məktəb-muzey zəngin
eksponat və ədəbiyyatla, müasir
informasiya-kommunikasiya texnologiyaları
ilə təmin olunmuşdur. 2008-ci ilin
dekabrından fəaliyyət
göstərən məktəb-muzeydə
rayonun məktəbliləri,
tələbələri, əmək
kollektivlərinin nümayəndələri
müvafiq qrafikə uyğun olaraq ayrı-ayrı bölmə
və dərnəklərdə
ulu öndərin keçdiyi şərəfli
həyat yolu və yorulmaz fəaliyyəti ilə maraqlanır, Azərbaycana
rəhbərlik etdiyi dövrlərdə, eləcə
də SSRİ rəhbərliyində
işlədiyi illərdə
keçirdiyi tədbir
və görüşlər
haqqında müfəssəl
məlumatlarla, fotoşəkillərlə
əyani tanış olurlar.
Bu günlər
rayon məktəbliləri Heydər
Əliyev Məktəb-Muzeyinə
daha tez-tez üz tutur, böyük şəxsiyyətin
siyasi irsini, fəaliyyətini, dövlətçilik
ənənələrini, azərbaycançılıq
ideyasını özündə
əks etdirən kitablarla, video və fotosənədlərlə
Heydər Əliyev Məktəb-Muzeyi
zəngin bilik xəzinəsi kimi tanınır. Burada sərgi və
iclas salonları, kompüter sinfi və kitabxana uğurla fəaliyyət göstərir. Məktəb-muzeyin
imkanları olduqca genişdir, ümummilli liderin zəngin irsinin öyrənilməsi
və təbliği məqsədilə "dəyirmi
masa" və konfransların keçirilməsinə,
disputların, yeni kitabların təqdimetmə
mərasimlərinin keçirilməsinə,
kinofilmlərin nümayişinə
hərtərəfli imkan
verir. Məktəb-muzey Heydər Əliyev
irsinin qorunub saxlanmasında, nəsildən-nəslə
ötürülməsində tarixi missiyasını şərəflə yerinə
yetirir.
Azərbaycan.- 2010.- 10 dekabr.- S.3.