Türkiyə parlamentində ulu öndər Heydər Əliyevin xatirəsi yad edilmişdir

 

Türkiyə Böyük Millət Məclisinin dekabrın 9-da keçirilmiş geniş iclasında Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin xatirəsi yad edilmişdir.

İclasda söz alan Türkiyə parlamentinin İğdırdan olan millət vəkili Əli Günər demişdir: "Azərbaycanın ümummilli lideri, türk dünyasının böyük dostu, böyük dövlət adamı Heydər Əliyev həyatı boyu gördükləri işlərlə dünya tarixində öz mötəbər yerini tutmuşdur. Mərhum Heydər Əliyevin 80 illik həyatı böyük mübarizələr uğurlarla zəngindir. O, SSRİ dövründə Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsinə yüksələn ilk Azərbaycan türküdür.

Heydər Əliyev 1969-cu ilin iyununda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikaya rəhbərliyi öz üzərinə götürdü 1982-ci ilədək bu vəzifədə qaldı. Həmin il Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksəldi dövlətin rəhbərlərindən biri oldu. Azərbaycana, Naxçıvana qoyulan sərmayələrin çoxu da bu dövrdə olmuşdur.

1990-cı il yanvarın 20-də Heydər Əliyev sovet ordusunun Azərbaycanda törətdiyi qətliamı qınamış günahkarların cəzalandırılmasını tələb etmişdir. Bu tələbin yerinə yetirilmədiyi üçün partiya sıralarından çıxmışdır. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik etmişdir. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsinin astanasında olduğu zaman ölkəni xilas etmək üçün Bakıya dəvət olunmuş, həmin ilin oktyabrında keçirilən seçkilərdə Prezident seçilmişdir.

Heydər Əliyev postsovet dövründə Azərbaycanda iqtisadi siyasi inkişafa nail olmuşdur. 1994-cü ildə "Əsrin müqaviləsi" adlandırılan neft sazişi ilə Azərbaycan iqtisadiyyatı yüksəliş dövrünə qədəm qoymuşdur. Belə ki, 15 ölkədən 33 şirkət ilə 60 milyard dollarlıq neft sazişləri imzalanmış, ölkəyə qoyulan xarici sərmayə 4 milyard dollara çatmışdır. Səmərəli iqtisadi siyasət nəticəsində ölkədə 10 faizlik iqtisadi artıma nail olunmuşdur.

Heydər Əliyev təkcə iqtisadi siyasətlə deyil, habelə apardığı sülhsevər siyasətlə dünyanın diqqətini cəlb etmiş, Ermənistanın Azərbaycana hərbi təcavüzünü dayandırmışdır.

Heydər Əliyev Azərbaycanın Türkiyə ilə əlaqələrində yeni bir mərhələ açmışdır. Onun "bir millət, iki dövlət" kəlamı əsasında əməkdaşlığımız uğurla davam edir. Heydər Əliyev bir çox platformalarda Türkiyənin yanında olmuşdur. O deyirdi ki, həyata keçirəcəyimiz layihələrdə Türkiyə iştirak etməsə, biz etməyəcəyik. "Əsrin müqaviləsi" bunun ən bariz nümunəsidir. Bu sazişin ilk variantında Türkiyənin payı 2 faizdən az idi. Lakin Heydər Əliyevin təşəbbüsü ilə bu rəqəm 6,5 faizə çatdırıldı. Sonra "Şahdəniz" yatağı ilə bu pay 9 faiz oldu.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də əbədiyyətə qovuşdu. Məkanı cənnət olsun. Onu rəhmətlə anıram. Mərhumun xatirəsini əbədiləşdirmək üçün təmsil etdiyim İğdırda 450 şagird yerlik liseyə onun adı verilmişdir. Bu liseyin inşasına yardım edən Baş nazir Rəcəb Tayyib Ərdoğana, təhsil naziri Nimət Çubukçu vali Amir Çiçəyə təşəkkürümü bildirirəm.

Sözlərimi görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin misraları ilə bitirirəm:

 

Bir ağacın iki qolu,

Bir ananın iki oğlu,

O da ulu, bu da ulu

Azərbaycan, Türkiyə.

 

Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!"

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Azərbaycan.- 2010.- 10 dekabr.- S.3