Meksikada ulu öndər Heydər Əliyev haqqında ilk ispandilli internet saytı fəaliyyətə başlamışdır

 

Azərbaycanın Meksikadakı səfirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin yad olunması ilə bağlı dahi şəxsiyyətin həyat fəaliyyətinə həsr edilmiş ispan dilində internet səhifəsini (www.heydar-aliyev.mx) geniş ispandilli ictimaiyyətin istifadəsinə təqdim etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, internet səhifəsində ulu öndərin bioqrafiyası, keçdiyi həyat yolu xalqımızın gələcəyi naminə uzaqgörənliklə düşünülmüş siyasi-iqtisadi strategiyası, dünyanın məşhur siyasətçilərinin ictimai xadimlərinin ümummilli liderimiz haqqında xatirələri şəxsi fikirləri, habelə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edilir.

Məlum olduğu kimi, 1982-ci ilin aprelində SSRİ-nin yüksək səviyyəli nümayəndə heyəti Heydər Əliyevin rəhbərliyi ilə Meksikaya işgüzar səfər etmişdi. İnternet səhifəsində ulu öndərin Meksikaya səfərinə dair geniş ictimaiyyətə məlum olmayan arxiv materialları, o cümlədən ümummilli liderimiz Heydər Əliyevin bu ölkənin Prezidenti ilə görüşü səfər barədə Meksika Konqresi digər dövlət arxivlərindən əldə edilmiş videoyazılar, fotoşəkillər beynəlxalq mətbuatda dərc edilmiş məqalələr yerləşdirilmişdir.

Saytda, həmçinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi xarici siyasət kursu beynəlxalq təşkilatlarla əməkdaşlıq tarixi, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü Xocalı soyqırımına dair məlumatlar yer almışdır.

Sayt ulu öndər Heydər Əliyevin həyat fəaliyyətinə həsr edilmiş ilk ispandilli internet resursudur. Səhifə erməni icmalarının sıx məskunlaşdığı Latın Amerikası regionunda Azərbaycan həqiqətləri barədə ispandilli mətbuatda mövcud olan informasiya boşluğunun aradan qaldırılması istiqamətində mühüm addımdır.

 

Azərbaycan.- 2010.- 10 dekabr.- S.3.