Azərbaycan nağılları uşaq illüstrasiyalarında

 

Uşaq yeniyetmələrdə Azərbaycan xalq nağıllarına marağı artırmaq, onların bu ədəbi-bədii nümunələrə münasibətlərini öyrənmək yaradıcı potensiallarını üzə çıxarmaq, gənc rəssamların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədi daşıyan "İnkişaf Dünya" İctimai Birliyi Azərbaycan Rəssamlar İttifaqı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə "Azərbaycan nağılları uşaq illüstrasiyalarında" adlı ilk unikal layihənin yekun mərhələsini həyata keçirib.

Uşaq rəsm müsabiqəsinin birinci mərhələsində 70-ə yaxın istedadlı yeniyetmə iştirak edib. Müsabiqənin keçirildiyi müddətdə onlar bir neçə xalq nağılları ilə yaxından tanış olaraq həmin əsərlərə öz yaradıcı münasibətlərini bildiriblər. Gəncə Dövlət Rəsm Qalereyasında təşkil olunmuş tədbirdə uşaq rəssamlıq məktəbinin direktoru Habil Əzizov qeyd edib ki, adı çəkilən təşkilatın xətti ilə hazırlanan belə layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqəti qayğısı daha çoxdur. Qarşıdan gələn ilin təqvimində bu müsabiqə qaliblərinin "nağıl qəhrəmanları"nın yer alması heç təsadüfi deyil.

İstedadlı uşaq yeniyetmə rəssamların daim diqqətini çəkən, marağına səbəb olan məşhur xalq nağıllarının qəhrəman personajları - Məlikməmməd, Tıq-tıq xanım, Cırtdan, Göyçək Fatma digər obrazlar rənglərin dili ilə qonaqlara, müəllim valideynlərə təqdim edilib.

Azərbaycan Rəssamlar İttifaqı Gəncə şəhər bölməsinin sədri Qalib Bağırov uşaq rəsm müsabiqəsində iştirak edən qalib sayılan müəllifləri belə bir diqqətçəkən layihəyə qatıldıqları üçün təbrik edərək, onlara "İnkişaf Dünya" İctimai Birliyinin diplom hədiyyələrini təqdim edib. Müsabiqədə iştirak edən öz rəsmlərinə maraq yaradan 21 məktəbli rəssam birliyin diplomlarını qazanıb. Birliyin əməkdaşı Vüqar Muradov bildirdi ki, təşkilat uşaq yeniyetmələrlə yaradıcılıq əməkdaşlığını genişləndirmək onların əsərlərinin Avropa məkanında da geniş yayılması üçün veb saytını yaradıb. İstər adı çəkilən QHT-nin öz fəaliyyətinin, istərsə uşaqların yaradıcılıq nümunələrinin "elektron dünya"da özünə yer tapması təqdirəlayiq haldır. Bu həm istedadlı uşaqların dövlət qeyri-hökumət təşkilatlarının qayğısı ilə əhatə olunmasıdır.

Nağıldilli əsərlərin daha geniş məkanda yayılması, onların müəlliflərinin potensiallarının genişləndirilməsi dünya birliyinə inteqrasiyası məqsədi daşıyan belə tədbirlərin silsilə xarakter daşıması adı çəkilən qurumun fəaliyyətinin əsasını təşkil edir. QHT rəhbərləri, təcrübəli pedaqoqlar, alimlər, jurnalistlər, psixoloq könüllülər tərəfindən dəstək alan təşkilatın 2008-ci ildən fəaliyyətə başlaması heç təsadüfi deyil. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq İli" elan edilməsi təşkilatın fəaliyyətinə stimul vermişdir. Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması ölkənin yeniyetmələrlə bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə imzalanan sərəncamdan sonra təşkilatın fəaliyyətindəki canlanma tədbirlərin silsilə xarakter alması da bunun göstəricisidir. 2009-cu ilin may ayından iyunun 1-dək Rəssamlar İttifaqının dəstəyi ilə təşkilatın V. Səmədova adına sərgi salonunda keçirdiyi "Mənim sevimli nağılım"da təqdim olunan 100-dən artıq illüstrasiyanın müəllifləri - kiçik yaşlı rəssamların tədbirin maliyyə yardımçısı olan "Makdonalds" şirkətinin hədiyyələrinə layiq görülmələri məhz məqsədyönlü fəaliyyətin nəticəsi hesab olunur. Bu kimi layihələrin həyata keçirilməsi bir məsələni aydınlaşdırıb ki, uşaq, yeniyetmə gənclərimizin istedadlıları böyük əsərlər yarada bilir. Eyni zamanda, onlar bununla təsdiq etmək istəyirlər ki, sürətlə dəyişməkdə olan dünyamız doğrudan da, bu uşaqlarındır.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.- 2010.- 10 dekabr.- S.8.