Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir

  

 Dekabrın 10-da Rusiyanın paytaxtı Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iclasda iştirak edən dövlət başçılarını Böyük Kreml sarayında qarşıladı.

Əvvəlcə Prezident Dmitri Medvedevin adından MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə işçi nahar verildi.

Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. Bu formatda keçirilən iclasın məqsədi gündəliyin özü, habelə onun bəzi məsələləri barədə fikir mübadiləsi aparmaq, müxtəlif yanaşmalar olan sənədlərlə bağlı cavab layihələrini müzakirə etməkdir. Bu, ilk növbədə MDB-nin səmərəliliyinin artırılması onun inkişaf perspektivləri barədə məsələlərə aiddir.

Gündəliyə iqtisadi humanitar sahələrdə əməkdaşlığa dair, eləcə təhlükəsizliyin təmin olunmasında Birliyin fəaliyyətinin digər istiqamətlərində inteqrasiya proseslərinin sürətləndirilməsinə yönəlmiş 20 sənəd daxil idi.

Məhdud tərkibdə iclas başa çatdıqdan sonra dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Sonra iclas öz işini geniş tərkibdə davam etdirdi.

MDB Dövlət Başçıları Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iclası açaraq əmin olduğunu bildirdi ki, aparılan müzakirələr əldə edilmiş razılaşmalar MDB-nin üzvü olan ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir.

Rusiya dövlətinin başçısı dedi ki, humanitar əməkdaşlıq üzrə ikiillik plan qəbul olunmuşdur.

Azad ticarət zonası haqqında müqavilə layihəsinin hazırlanmasının gedişi məsələsi müzakirələrin əsas mövzusu idi. Bildirildi ki, cari ilin sonunadək bu sənədin layihəsinin razılaşdırılması, gələn ilin birinci yarısında isə onun qəbul edilməsi nəzərdə tutulur. Sənədin imzalanması MDB-nin üzvü olan dövlətlərin ərazilərində ticarətin tamamilə liberallaşdırılması üçün müqavilə bazasının yaradılmasına kömək edəcəkdir.

Bundan əlavə, iclasda MDB ölkələrində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü çərçivəsində elm innovasiyalar ili elan olunmuş 2010-cu ildə keçirilmiş tədbirlərin yekunları müzakirə olunmuşdur.

İclasda, həmçinin 2020-ci ilə qədər MDB çərçivəsində gənclərin beynəlxalq əməkdaşlıq strategiyası müzakirə olunmuşdur. Bu sənəd ilk dəfədir ki, hazırlanır.

İclasda ənənəvi olaraq cinayətkarlığa, terrorizmə ekstremizmin digər zorakı təzahürlərinə, narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə qarşı birgə mübarizə tədbirləri proqramlarının layihələrinə dair fikir mübadiləsi aparıldı.

Dövlət başçıları Birliyin üzvü olan dövlətlərin ATƏT çərçivəsində siyasi əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyətinə dair qərar layihəsini müzakirə etdilər.

Müzakirələrdən sonra iclasın yekun sənədləri imzalandı.

Daha sonra mətbuat konfransı keçirildi. Bildirildi ki, MDB- sədrlik gələn ilin yanvarında Tacikistana keçəcəkdir. MDB Dövlət Başçıları Şurasının növbəti iclası isə 2011-ci ilin sentyabrında Düşənbədə keçiriləcəkdir.

Bununla da iclas işini yekunlaşdırdı.

 

AzərTAc

Azərbaycan.- 2010.- 11 dekabr.- S.1.