Azərbaycan Prezidenti İlham Əliyev
məşhur fransız aktyoru Jerar Depardyeni qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 13-də məşhur
fransız aktyoru Jerar Depardyeni qəbul etmişdir.
Jerar Depardye ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiyini vurğuladı.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğundakı müstəsna rolunu qeyd edərək ölkəmizin inkişafı üçün çox böyük işlər gördüyünü bildirdi.
Görüşdə Azərbaycanda kinematoqrafiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 14 dekabr.- S. 1.