Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına general-leytenant hərbi rütbəsi verilsin:

 

Mirzəyev Etibar Böyükbəy oğlu - fövqəladə hallar nazirinin

müavini

Lətifov Ragim Əhəd oğlu - fövqəladə hallar nazirinin

müavini;

 

2. Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadəyə tibb xidməti general-leytenantı hərbi rütbəsi verilsin;

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor hərbi rütbəsi verilsin:

 

Aşurlu Kənan Məhərrəm oğlu - Bakı Regional

Mərkəzinin rəisi

Hüseynov Elşad Məmmədəli oğlu - Fövqəladə halların

xəbərdar edilməsi

Baş idarəsinin rəisi

Nağıyev Nağı Cabbar oğlu - Maliyyə-iqtisadiyyat

Baş idarəsinin rəisi

Şirinova Sevda Azər qızı - Kadr siyasəti

Baş idarəsinin rəisi.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 14 dekabr.- S. 2.