Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşına "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsində, psixoloji yardım müalicə-profilaktika işinin təşkilində xidmətlərinə görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı verilsin:

 

Allahverdiyev İlham Əsgər oğlu - Tibb Xidmətinin rəisi

Qayıbov Namiq Tələt oğlu -Tibb

Xidmətinin psixoloji yardım işinin

təşkili şöbəsinin baş məsləhətçisi.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 14 dekabr.- S. 2.