"Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətində
qulluq keçən xüsusi rütbəsi olan işçilərin
xüsusi geyim forması və fərqlənmə
nişanları haqqında Əsasnamə"nin və "Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətində
qulluq keçən xüsusi rütbəsi olan işçilərin
xüsusi geyim formasının və fərqlənmə
nişanlarının təsvirləri"nin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
1. "Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətində
qulluq keçən xüsusi rütbəsi olan işçilərin
xüsusi geyim forması və fərqlənmə
nişanları haqqında Əsasnamə" təsdiq edilsin.
2. "Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətində
qulluq keçən xüsusi rütbəsi olan işçilərin
xüsusi geyim formasının və fərqlənmə
nişanlarının təsvirləri" təsdiq edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətində
qulluq keçən xüsusi rütbəsi olan işçilərin
xüsusi geyim forması və fərqlənmə
nişanları ilə təmin edilməsi normalarını
müəyyən etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 dekabr
2010-cu il
Azərbaycan.- 2010.- 14 dekabr.- S. 2.