Həştərxanda
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi
anılmışdır
Dekabrın 12-də Həştərxandakı parkda ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi önündə dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasimdə Həştərxan hökumətinin rəhbərliyi, vilayətdə fəaliyyət göstərən Azərbaycan, Tatarıstan və Gürcüstan diasporlarının nümayəndələri, ali təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələr və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan vilayətinin sədri Ədalət Hüseynov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışmışdır.
Həştərxan hökumətinin, rəsmisi Tatyana Yusupova vurğulamışdır ki, Heydər Əliyev, sözün əsl mənasında, Vətənin böyük oğlu, əsl lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu.
T.Yusupova bildirmişdir ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu gün Heydər Əliyevin siyasi xəttinin davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də Həştərxan vilayəti ilə əməkdaşlığa böyük önəm verir. Belə ki, Bakı şəhərinin Nərimanov rayonu ilə Həştərxan vilayətinin Nərimanov rayonu arasında sıx dostluq və əməkdaşlıq əlaqələri məhz bu diqqət və qayğının nəticəsidir.
Sonda mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirərək abidənin önünə əklillər, gül dəstələri qoymuşlar.
AzərTAc
Azərbaycan.- 2010.- 14 dekabr.- S. 3.