Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" qanunun 33-cü maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il yanvarın 12-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

Azərbaycan.- 2010.- 14 dekabr.- S. 5.