Dünya şöhrətli fransız aktyoru Jerar Depardye Azərbaycanda Aleksandr Düma haqqında çəkiləcək filmdə baş rolda oynamaq niyyətindədir

 

Bakıda keçirilən IV Beynəlxalq Rostropoviç festivalında iştirak etmək üçün Azərbaycana gəlmiş məşhur fransız aktyoru Jerar Depardye dekabrın 13-də Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

Nazir Əbülfəs Qarayevlə görüşdə Azərbaycan ilə Fransa arasında kinematoqrafiya sahəsində əməkdaşlığın prespektivləri müzakirə edilmişdir.

Ölkələrimiz arasında mədəniyyət və incəsənət sahəsində əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran nazir dünya şöhrətli sənətkarın Azərbaycana səfərindən sonra bu əməkdaşlığın daha da dərinləşəcəyinə əmin olduğunu bildirmişdir.

 

Azərbaycan.- 2010.- 14 dekabr.- S. 5.