Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın OMV Şirkəti İcraiyyə
Şurasının sədri
Volfqanq Ruttenstorferin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Avstriyanın OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorferin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorfer bu vəzifədə onu əvəz edəcək Gerhard Royssi dövlətimizin başçısına təqdim etdi.
Görüşdə Avstriyanın OMV Şirkətinin Azərbaycanın neft və qaz yataqlarının birgə işlənilməsində iştirakı imkanlarının, Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığının, Nabukko layihəsinin həyata keçirilməsinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 12
dekabr.- S.1.