Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva məşhur moda ustası Pyer Kardenin yaradıcılıq muzeyində olmuşdur

 

YUNESKO-nun 65 illiyi ilə bağlı keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Parisə səfərə gələn Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tanınmış moda ustası Pyer Kardenin dəvəti ilə dekabrın 13-də onun yaradıcılıq muzeyində olmuşdur.

Muzeydə nümayiş olunan geyimlər aksessuarlar barədə danışan Pyer Karden ötən əsrin 60-cı illərindən sonra dünyada geniş yayılan "Pyer Karden" dəb geyim nümunələri haqqında Mehriban xanıma ətraflı məlumat vermişdir.

1960-cı illərdən etibarən Pyer Kardenin adı dünyanın 5 ən məşhur fransızı siyahısına daxil edilmişdir. Onun adını daşıyan ticarət markası ilə 140 ölkədə məhsul istehsal edən xidmət göstərən obyektlərdə 200 min nəfərədək insan çalışır. Məşhur kuturye 500-dən çox ideyanın müəllifidir. Onun yenilikləri yalnız moda aləmini əhatə etmir. Modelyerin nəqliyyat, memarlıq reklam sahəsində xidmətləri vardır. Moda ilə yanaşı, P.Kardenin ticarət markası ilə restoran teatr da fəaliyyət göstərir, ətriyyat, müxtəlif aksessuar saat istehsal olunur. O, daim yenilik etməyi sevir. Pyer Karden kişilərin geyim üslubunda bənzərsiz yeniliklər edən ilk modelyerlərdəndir. Onun kişilər üçün hazırladığı geyimlər hər zaman eleqantlığı ilə fərqlənir.

Yaradıcılıq muzeyində nümayiş etdirilən geyim nümunələrinə baxan Mehriban xanım Əliyeva buradan xoş təəssüratla ayrılmışdır.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2010.-15 dekabr.-S.1.