Azərbaycan regionun ən çox inkişaf etmiş ölkəsidir

 

Dekabrın 14-də Milli Məclisdə "Lissabon müqaviləsi: ümumi xarici siyasət Avropa İttifaqının təhlükəsizlik siyasəti - qərarların qəbulu mexanizmi inkişaf meyilləri" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbir Azərbaycan Respublikası Milli Məclisi ilə Litva Seyminin birgə reallaşdırdığı "Tvinninq" layihəsi çərçivəsində təşkil olunmuşdu. "Dəyirmi masa"da Litva Seyminin ölkəmizdə səfərdə olan nümayəndə heyəti, Milli Məclisin deputatları Milli Məclis Aparatının əməkdaşları iştirak edirdilər.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov tədbiri açaraq bildirdi ki, Avropaya inteqrasiya, öz qanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırmaq Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindəndir. O, 2009-cu ilin sentyabrından etibarən fəaliyyətdə olan "Tvinninq" layihəsi çərçivəsində görülmüş işlərin Milli Məclis üçün əhəmiyyətindən bəhs etdi. Qanunvericilik prosesində parlament icra strukturları arasında səmərəli əməkdaşlığın qurulması sahəsindəki irəliləyişdən danışan Əli Hüseynov Avropa İttifaqının qurumları, siyasəti, qanunları qanunvericilik prosesi barədə Azərbaycan parlamentində maarifləndirmə işinin aparılmasında litvalı tərəfdaşların müstəsna rol oynadıqlarını bildirdi. Qeyd etdi ki, "Tvinninq" layihəsində Azərbaycanın tərəfdaşı olan Litvanın rəsmi nümayəndələri bir sıra beynəlxalq qurumlarda da ölkəmizin maraqlarını dəstəkləyirlər. Sözügedən tədbir isə həm xarici siyasət, həm təhlükəsizlik məsələləri ilə bağlı yeni qanunvericlik bazasının yaradılması, Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Litva Seyminin xarici işlər komitəsinin sədri Emanuelis Zinqeris bildirdi ki, bu cür tədbirlər Azərbaycan ilə Avropa ölkələri arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. "Lissabon müqaviləsi: ümumi xarici siyasət Avropa İttifaqının təhlükəsizlik siyasəti - qərarların qəbulu mexanizmi inkişaf meyilləri" mövzusunda geniş məruzə edən Emanuelis Zinqeris bildirdi ki, Azərbaycan digər qonşularından fərqli olaraq daha çox inkişaf etmiş ölkədir: "İnanırıq ki, Avropaya inteqrasiya, qanunların Avropa standartlarına uyğunlaşdırılması istiqamətində Azərbaycan daha böyük uğurlar əldə edəcəkdir. Litva parlamenti hökuməti bu işdə Azərbaycana daim dəstək verəcəkdir".

O, Lissabon müqaviləsini ətraflı şərh edərək bu sənəddə ehtiva olunan ümumi xarici siyasət Avropa İttifaqının təhlükəsizlik siyasəti barədə danışdı. Rəngli slaydlarla müşayiət olunan məruzədə Avropa İttifaqının təhlükəsizlik siyasətinə dair qərarların qəbulu mexanizmi inkişaf meyilləri açıqlandı.

Sonra Litva Seyminin İnsan hüquqları komitəsinin üzvü Mantas Varaşka öz ölkəsinin Avropa İttifaqına qəbulundan sonra Litvanın Seçki Məcəlləsində aparılmış dəyişikliklər barədə ətraflı məlumat verdi.

"Dəyirmi masa" ətrafında səmərəli diskussiya, fikir təcrübə mübadiləsi aparıldı, tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirildi. Tədbiri yüksək dəyərləndirən hər iki parlamentin deputatları qeyd etdilər ki, belə tədbirlər Azərbaycanla Avropa ölkələri arasında əlaqələrin hərtərəfli inkişafına yeni imkanlar yaradır.

 

Azərbaycan.-2010.-15 dekabr.-S.1.