Azərbaycan Respublikası vətəndaşlarının
2011-ci ilin yanvarın
1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və
müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçularının
ehtiyata buraxılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Azərbaycan Respublikasında
hərbi xidmətə
çağırışın əsasları haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və
qanunvericilikdə nəzərdə
tutulmuş digər silahlı birləşmələrin
komplektləşdirilməsi üçün qərara
alıram:
1. 1993-cü ildə doğulmuş
və çağırış
günü üçün
18 yaşı tamam olmuş, habelə
1976-1992-ci illərdə doğulmuş,
yaşı 35-dək olan,
Respublikanın Silahlı
Qüvvələrində və
qanunvericilikdə nəzərdə
tutulmuş digər silahlı birləşmələrdə
hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları
2011-ci ilin yanvarın
1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar.
2. "Hərbi xidmət
haqqında" Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
xidmət müddətini
keçmiş əsgər,
matros və çavuşlar 2011-ci ilin
yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti və yerli icra hakimiyyəti
orqanları bu fərmanın icrası üçün qanunvericilikdə
nəzərdə tutulmuş
tədbirlər görsünlər.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr
2010-cu il
Azərbaycan.- 2010.- 12
dekabr.- S.2.