Məşhur fransız aktyoru Jerar Depardye Heydər Əliyev Fondunda olmuşdur

 

 

Məşhur fransız aktyoru Jerar Depardye dekabrın 14-də Heydər Əliyev Fondunu ziyarət etmişdir.

Aktyora ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri haqqında məlumat verilmişdir.

Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, ölkəmizin mədəniyyəti tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Fond genişmiqyaslı layihələr həyata keçirməklə görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən J.Depardye görkəmli siyasi xadimin uşaqlıq gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişdir.

Fondla tanışlıqdan sonra dünya şöhrətli aktyor Xatirə kitabına ürək sözlərini yazmışdır.

Daha sonra J.Depardye ümummilli liderimizin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, Heydər Əliyev Fondunun fəaliyyətindən, o cümlədən ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə digər sahələrdə həyata keçirdiyi layihələrdən bəhs edən filmə baxmışdır.

Qonaq Fonddan zəngin təəssüratlarla ayrılmışdır.

 

AzərTAc

 

Azərbaycan.-2010.-15 dekabr.-S.5.