Türkiyə, Türkmənistan və Özbəkistanın xarici
işlər nazirləri
ilə ikitərəfli
münasibətlər müzakirə
olunmuşdur
Xəbər verdiyimiz kimi, xarici işlər naziri E.Məmmədyarov Aşqabad şəhərində keçirilən və Türkmənistanın bitərəfliyinin 15 illiyinə həsr olunmuş "Türkmənistanın daimi bitərəfliyi - sülh, inkişaf və təhlükəsizlik naminə əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir E.Məmmədyarov konfransda iştirakı çərçivəsində Türkiyə, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirmişdir.
Görüşlərdə ikitərəfli münasibətlər, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 12
dekabr.- S.3.