Məcburi köçkünlərin müqəddəs saydıqları məkan

 

Ağdam rayonundakı Heydər Əliyev muzeyinin qapıları bu müqəddəs məkanı ziyarətə gələnlərin üzünə həmişə açıqdır. Ulu öndərin həyatının, fəaliyyətinin ən maraqlı məqamlarını özündə əks etdirən eksponatlarla zəngin olan muzeyə gələnlər çoxdur. Yaraşığı ilə göz oxşayan muzey binası Ağdam camaatının xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə sonsuz hörmət ehtiramının ifadəsi olaraq inşa edilmişdir. Ulu öndərin anım günü ərəfəsində muzeyə gələnlərin sayı xeyli artmışdır.

Rayonun idarə müəssisələrinin kollektivləri, məktəblilər, əmək müharibə veteranları axın-axın bu müqəddəs ziyarətgaha gəlir, bütün mənalı həyatını doğma xalqına həsr edən ulu öndərin xatirəsinə sonsuz məhəbbət ehtiramlarını bildirməyi özlərinin şərəfli borcu sayırlar.

Muzey Heydər Əliyevin ömür yolunun müxtəlif mərhələlərini əks etdirən ayrı-ayrı bölmələrdən ibarətdir. Təhlükəsizlik orqanlarında çalışdığı, ulu öndərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərə aid eksponatlar ziyarətçilərə sistemli şəkildə təqdim olunur. Ən maraqlı bölmə Azərbaycanın müstəqillik dövründən bəhs edir. Ölkəmizin başı üstünü qara buludlar alanda, vətəndaş qarşıdurması, qardaş qırğını real təhlükəyə çevriləndə, Ermənistan silahlı qüvvələri öz strateji müttəfiqlərindən güc alıb Kür çayına qədər torpaqlarımızı işğal etmək kimi məkrli niyyətlərini həyata keçirməyə cəhd edəndə Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdı. Bu tarixi qayıdışıyla ulu öndər ən qısa zaman kəsiyində heyrət doğuracaq bir məharətlə hər işi yerbəyer etdi. Azərbaycanın parçalanmaq təhlükəsi sovuşdu, Ermənistan ordusunun işğalçı yürüşü siyasətlə durduruldu, ölkəni bürüyən xaos aradan qaldırıldı. Vətəndaş həmrəyliyi bərqərar oldu, sağlam mənəvi-psixoloji mühitin yaradılması üçün əməli tədbirlər görüldü. Ulu öndərin dahi uzaqgörən siyasəti ilə müstəqil, hüquqi demokratik dövlət quruculuğunun konkret istiqamətləri müəyyən edildi.

Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkənin dinamik sosial-iqtisadi inkişafına təkan verir, regionun ən qüdrətli ordusunun yaranmasını təmin edir ən başlıcası ölkə vətəndaşlarının sosial müdafiəsini gücləndirir, hər bir azərbaycanlı ailəsinin xoş güzəranını, firavan həyatını təmin edir.

İndi ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə zonasında, Ağdam rayonunda da insanlar xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz unudulmaz xatirəsini xoş duyğularla anırlar. Ulu öndər Qarabağa qarabağlılara xüsusi qayğı diqqət göstərərdi. Bu xətt indi ölkəmizin sürətlə artan iqtisadi potensialı fonunda müasir reallıqlara uyğun yaradıcılıqla davam etdirilir. Bu yaxınlarda Ağdama səfər edən Prezident İlham Əliyev rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş on yeddinci qəsəbənin açılış mərasimində iştirak etdi. Təkcə bu qəsəbədə 700-ə yaxın ailə dözülməz mənzil şəraitindən qurtulub rahat evlərə köçürülmüşdür. Yeni mənzillərə köç kampaniyası ulu öndərin anım günü ərəfəsində davam edir.

Bu günlər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan əzəmətli abidəsinin önündən təzə qızılgüllər əskik olmur. Ağdamlılar ilk öncə abidənin önünə gül-çiçək dəstələri qoyur, sonra yaxınlıqdakı Heydər Əliyev muzeyini ziyarət edib maraqlı eksponatlarla tanış olurlar. Bu il muzeyi ziyarət edənlərin sayı 10 min nəfəri keçmişdir. Müxtəlif zümrələri təşkil edən ayrı-ayrı peşə sahibləri, fərqli yaşa malik adamlar bu müqəddəs ocağa baş çəkməyi özlərinin şərəfli borcu hesab edirlər. Bu adamların arasında məktəbli var, ixtiyar yaşlı qoca da, müəllim, həkim ... İnsanlar bura ürəklərinin hökmü ilə gəlirlər. Gəlirlər ki, xalqın xilaskarı olmuş böyük şəxsiyyətin ölməz xatirəsinə sonsuz ehtiramlarını bir daha bildirsinlər.

Sosialist Əməyi Qəhrəmanı Sədrəddin Ələsgərovun dedikləri:

- Ağdam camaatının üstündə Heydər Əliyevin haqq-sayı çoxdur. Ulu öndər həmişə ağdamlılara hörmətlə yanaşıb, qayğı diqqətini əsirgəməyib. Mənim Heydər Əliyevlə çox görüşlərim olub. Mən sıravi bir kəndli, o da dünya şöhrətli siyasətçi, dövlət xadimi. Adamı elə xoş sözlə dindirər, elə maraqla dinləyərdi ki, heyran qalmaya bilmirdin. Hər dəfə Ağdama gələndə o böyük insanla görüşmək şərəfi mənə nəsib olub. İlk baxışda xırda görünən hər şeyə diqqət yetirər, kənd camaatının dolanışığı ilə yaxından maraqlanardı. Hələ sovet vaxtı Mərkəzi Komitənin səyyar bürosunu Ağdamda keçirməklə rayonun nüfuzunu, şöhrətini artırmağa çalışırdı. Yüzlərlə sadə əmək adamı kimi məndə onun qayğısı dərin, unudulmaz izlər qoyub. Ulu öndər qeyri-adi yaddaşa malik eyni zamanda diqqətli idi. Bütün həyatını xalqına həsr etdi. Azərbaycan xalqına, Azərbaycan dövlətinə ən böyük töhfəsi isə uşaqdan böyüyə hamının sevimlisinə çevrilmiş Prezident İlham Əliyevdir. Cənab İlham Əliyev atasının yolu ilə gedir. Xalqın güzəranını yaxşılaşdırmaq üçün yorulmaq bilmədən çalışır. Biz kənd adamıyıq. Siyasətə elə qarışmırıq. Amma Prezidenti ona görə çox sevirik ki, dediyi sözün sahibidir.

Mən ömrümün ixtiyar çağındayam. Həyata ağlın gözü ilə baxmaq lazımdır. Bu gün Heydər Əliyev həyatda yoxdur. İndi ona bütün türk dünyası, müsəlman aləmi rəhmət oxuyur. Ona şükür edirik ki, Heydər Əliyevin yerində mənsub olduğu xalqı, vətəni atası kimi canından artıq sevən, dövlətçilik bacarığı ilə dünyanı heyran qoyan İlham Əliyev kimi qüdrətli oğul var.

 

Lazım QULİYEV,

Fərman BAĞIROV (foto),

Azərbaycan.- 2010.- 12 dekabr.- S.4.