MONEYVAL-ın növbəti 34-cü plenar iclasında Azərbaycanla bağlı xüsusi bəyanat səslənmişdir

 

Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların Yuyulması Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsinin (MONEYVAL) növbəti 34-cü plenar iclası keçirilmişdir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, iclasda qurumun sədri Rüfət Aslanlının rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. Plenar iclasda üzv ölkələr tərəfindən pulların yuyulması terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində fəaliyyətin qiymətləndirilməsi, bu sahədə tədbirlərin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələr, komitənin 2011-ci il üzrə Fəaliyyət Planının müzakirəsi məsələləri müzakirə edilmişdir.

Plenar iclasın gündəliyinə Azərbaycanla bağlı məsələ daxil olunmasa da, MONEYVAL prezidenti tərəfindən ölkəmizə dair xüsusi bəyanat açıqlanmışdır. Bildirilmişdir ki, İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) monitorinq rejimi tətbiq edilən ölkələrin siyahısından Azərbaycanın çıxarılması hökumətin siyasi iradəsinin PY/TMM sahəsində qısa müddət ərzində əldə olunmuş tərəqqinin, hüquq, tənzimləyici institusional nailiyyətlərin nəticəsidir.

İclasda Azərbaycan nümayəndə heyəti pulların yuyulması terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Moldovada həyata keçirilən tədbirlərin qiymətləndirilməsi, onların FATF-ın 49 tövsiyəsinə uyğunluğu barədə analitik şərhlə çıxış etmişdir.

İclas çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirmiş, pulların yuyulması terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aparılan işlər üzrə əməkdaşlığın yaradılması genişləndirilməsinə dair fikir mübadiləsi aparmışdır.

 

Azərbaycan.-2010.-15 dekabr.-S.7.