Ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsində xaricdə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin rolu böyükdür

 

Xəbər verildiyi kimi, dekabrın 9-10-da Qazaxıstanın Aktau şəhərində Qazaxıstan-Manqistau-Azərbaycan regional biznes-forumu keçirilmişdir. Biznes-forumun tədbirləri çərçivəsində təşkil edilmiş sərgidə ölkəmizi təmsil edən şirkətlər öz iqtisadi investisiya potensiallarını nümayiş etdirmişlər. Qarşılıqlı əməkdaşlığı əlaqələri inkişaf etdirmək məqsədilə Qazaxıstan şirkətləri , öz növbəsində, azərbaycanlı tərəfdaşlarına Manqistaunun inkişaf perspektivləri əlverişli yatırım şəraiti ilə bağlı məlumat vermişlər. Qeyd olunmuşdur ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 200 milyon dollar təşkil etsə , cari ilin 9 ayında bu göstərici artıq 270 milyon dollara çatmışdır.

Konfransın işində Manqistau vilayətinin akimi (başçısı) Krımbəy Kuşerbayev, Azərbaycanın Qazaxıstandakı fövqəladə səlahiyyətli səfiri Zakir Həşimov, Qazaxıstanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Serik Primbetov, Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov iştirak etmişlər.

Forumda neft-qaz sənayesi ilə bağlı əməkdaşlıq məsələləri prioritet təşkil etsə , başqa sahələrə, xüsusilə tikinti sektoruna, yeni inşaat layihələrinə maraq göstərilmişdir. Məlumat üçün bildirək ki, tədbirdə Azərbaycanın tikinti sektorunu "A+A", "Gilan Holding" "Caspian Service" MMC təmsil etmişdir.

"Caspian Service" artıq bir neçə ildir ki, Qazaxıstanın paytaxtı Astanada, eləcə Aktau şəhərində dövlət sifarişlərini investisiya layihələrini həyata keçirir. MMC Qazaxıstandakı Azərbaycan Biznes İnvestisiya Assosiasiyasının üzvüdür. Onu da qeyd edək ki, "Caspian Service" Azərbaycanın xaricdə inşaat işləri aparan ilk tikinti şirkətidir.

"Caspian Service" MMC direktorlar şurasının sədri Rəhim Sultanovun sözlərinə görə, biznes-forumun gedişində Manqistau vilayətinin akimi K.Kuşerbayev şirkətin layihə maketlərinə xüsusi maraq göstərmişdir. K.Kuşerbayevlə ilk görüşün 2007-ci ilin aprelində Bakıda olduğunu onun "Caspian Service"in paytaxtdakı tikintiləri ilə tanışlığını söyləyən R.Sultanov təmsil etdiyi şirkətin Qazaxıstanda yaxşı tanındığını bildirmişdir. K.Kuşerbayevə Astanada Prezident sarayının yaxınlığında 45000 kvadratmetrlik binanın tikintisinin Dövlət Qəbul Komissiyasına təhvil verildiyi, Qaraqandada 33500 kvadratmetrlik binanın tikintisinə hazırlıq işlərinin getdiyi, Aktauda isə 20400 kvadratmetrlik yaşayış binasında işlərin başa çatdığı 34000 kvadratmetrlik "Xəzər Palace"ın tikintisinin davam etdiyi barədə məlumat verilmişdir. Şirkətin fəaliyyətindən məmnunluğunu ifadə edən vilayət başçısı Aktaunun Xəzər sahilində yeni yaşayış binasının tikilməsini "Caspian Service"ə təklif etmiş bu barədə şəhərin merinə müvafiq göstərişlər vermişdir. Artıq yeni layihə ilə bağlı şirkətin mütəxəssisləri Aktaudadırlar.

Regional biznes-forumun gedişində şirkət başqa bir sərgiyə - dekabrın 13-14-də "Qazaxıstan şəhərsalma X forumu" çərçivəsində Aktauda keçirilən birinci səyyar sərgi-seminarına da dəvət almışdı. Sərgi-seminarın Qazaxıstanın yerli şirkətləri üçün nəzərdə tutulmasına baxmayaraq, "Caspian Service" həmin tədbirdə istisna hal kimi iştirak etmişdir. Sərgi-seminarda vilayət rəhbərliyinə Aktaunun Xəzər sahilinin, Bakıda olduğu kimi, yenidən qurulması, abadlıq işləri müasir görkəm verilməsi, istirahət əyləncə komplekslərinin tikilməsi, yaşıllıqların artırılması təklif olunub. Bu məqsədlə tədbirdə Bakı bulvarının parklarının yenidən qurulmuş vəziyyətini əks etdirən, AzTV tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Şirkətin bu təklifi müsbət qarşılanmış onun tezliklə reallaşdırılması üçün müzakirələrə başlanmışdır.

Onu da qeyd edək ki, xarici ölkələrdə fəaliyyətini genişləndirən şirkət Rusiya Federasiyasının Stavropol diyarında da layihələr həyata keçirir. Burada şirkətin fəaliyyətinə yüksək qiymət verilir. Bu günlər Stavropol qubernatorunun fərmanı ilə şirkət diyarın tarixi mədəni irsinin qorunmasında fəal işinə görə fəxri fərmanla təltif edilmişdir.

 

Azərbaycan.-2010.-15 dekabr.-S.7.