Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində
növbəti konsert olmuşdur
Dekabrın 14-də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq
Mstislav Rostropoviç
festivalı çərçivəsində
"Moskva solistləri"
Kamera Ansamblının
konserti olmuşdur.
Filarmoniyanın foyesində
həmyerlimiz, dünya
şöhrətli musiqiçi,
SSRİ xalq artisti Mstislav Rostropoviçin həyat və yaradıcılığından bəhs edən fotosərgi açılmışdır.
Konsertdə orkestrin bədii rəhbəri və dirijoru, SSRİ xalq artisti, dövlət
mükafatları laureatı
Yuri Başmet, solist Alyona Bayeva
(violin) olmuşlar.
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı
ilə keçirilən
festivalda tanınmış
bəstəkarlar V.Motsart
və F.Şubertin əsərləri səslənmişdir.
Konsert böyük maraqla qarşılanmışdır.
AzərTAc
Azərbaycan.-2010.-15 dekabr.-S.7.