Misirin ərəb dünyasının nüfuzlu qəzetlərində ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc olunmuşdur

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin ərəb dünyasının nüfuzlu "Əl-Əhram-İnternational" Misirin gündəlik "Əl-Əhram" "Əl-Əxbər" qəzetlərində "Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri" adlı məqaləsi dərc edilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, məqalədə dərin zəka, bilik, təcrübə uzaqgörənliyə malik olan dövlət xadimi Heydər Əliyevin şərəfli həyat yoluna nəzər salan Ş.Abdullayev ulu öndərin təhsili, gənclik illəri dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti barəsində ətraflı məlumat vermişdir. Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK Siyasi Bürosunun üzvü SSRİ Nazirlər Soveti sədrinin müavini kimi mühüm vəzifələrdə çalışdığını, yenilməz iradəyə malik olan bu dahi dövlət xadiminin 1987-ci ildə SSRİ rəhbərliyinin siyasətinə etiraz olaraq vəzifəsindən istefa verdiyini qeyd etmişdir.

Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni digər sahələrdə mühüm inkişafa imza atdığını vurğulayan səfir SSRİ-nin yüksək siyasi rəhbərliyində mühüm vəzifə tutmuş yeganə müsəlman kimi Heydər Əliyevin ərəb-islam dünyasının da yaxın dostu olduğunu onların üzləşdiyi problemlərin həllinə daim töhfə verdiyini xüsusi qeyd etmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi problemlərə toxunan səfir Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıtması da məqalədə öz əksini tapmışdır. Bildirilmişdir ki, çox çətin gərgin zamanda hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi bacarığı sayəsində Azərbaycan qısa müddət ərzində problemlərdən xilas ola bilmiş davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur.

Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzü etnik təmizləmə siyasəti, bu təcavüzün dayandırılması onun nəticələrinin aradan qaldırılması istiqamətində Heydər Əliyevin atdığı qətiyyətli addımlardan geniş bəhs olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətinin nəticəsi olaraq, Azərbaycanda mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğu, "Əsrin müqaviləsi"nin imzalandığı, tarixi İpək Yolunun bərpa olunduğu müəllif tərəfindən oxucuların diqqətinə çatdırılır.

Azərbaycan xalqının 2003-cü il dekabrın 12-də Heydər Əliyevin vəfatı xəbərini dərin hüzn kədərlə qarşıladığını qeyd edən müəllif, müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin öz həyatını Azərbaycanın çiçəklənməsi inkişafına həsr etdiyini xalqının yaddaşında əbədi olaraq xoş xatirələrlə qaldığını vurğulamışdır.

Ş.Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttinə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişaf etdiyini diqqətə çatdırmış, dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi islahatlar fəal xarici siyasət nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrildiyini bildirmişdir.

 

Azərbaycan.- 2010.- 12 dekabr.- S.9.