Azərbaycan Diplomatik Akademiyasında "Azərbaycan müstəqillikdən sonra" kitabının təqdimat mərasimi olmuşdur

 

Azərbaycan Diplomatik Akademiyasında (ADA) ABŞ-ın tanınmış Con Hopkins Universitetinin professoru, Orta Asiya Qafqaz üzrə ekspert Svante Kornelin "Azərbaycan müstəqillikdən sonra" kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev qeyd etmişdir ki, Svante Kornel uzun müddətdir bizim region ilə bağlı araşdırmalar aparır. Onun ilk kitabı bütün Qafqazı əhatə etsə , son tədqiqat işi sırf Azərbaycana həsr olunmuşdur.

Rektor Hafiz Paşayev bildirmişdir ki, ölkəmiz haqqında yazılan yeni kitab ABŞ-da Azərbaycanla maraqlanan siyasətçilər, tədqiqatçılar geniş oxucu kütləsi üçün maraqlı mənbə olacaqdır.

Mərasimdə "Azərbaycan müstəqillikdən sonra" kitabının müəllifi Svante Kornel çıxış edərək bildirmişdir ki, ümumiyyətlə, bugünkü tədbir onun kitabının ilk təqdimat mərasimidir. Müəllif tədbirin ADA-da keçirilməsinin onun üçün xüsusi önəm daşıdığını vurğulamışdır. O, Azərbaycanın müstəqillik yollarında inamla irəliləməsindən məmnun olduğunu bildirmişdir.

"Azərbaycan müstəqillikdən sonra" kitabında Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan cəmiyyəti, ölkəmizin iqtisadiyyatı, daxili siyasi prosesləri, xarici siyasəti barədə məlumatlar yer almışdır.

 

Azərbaycan.-2010.-15 dekabr.-S.8.